Köşə
Elina özünü atmayıb, onu itələyiblər - ŞOK NÜANSLAR
Aqşin Evrən
Elinanın intihar xəbəri cəmiyyətdə böyük məyusluq yaratsa da, sonradan üzə çıxan dəhşətli faktlar hər kəsi şoka saldı. Məlum oldu ki, Elina intihar etməyib, onu pəncərədən həyətə “atıblar”.
Bəli, Elina sadəcə intihara cəhd edib, məktəb direktoru, sinif yoldaşları, psixoloq isə onu “öldürüb”.
Hadisələrin gedişatına baxanda bunu daha aydın görmək olur:
1. Elina özünü atandan sonra məktəb əməkdaşları, direktor uzun müddət təcili yardım çağırmayıb. Sanki onun can verə-verə ölməsini gözləyiblər – düşmən və cani psixologiya.
2. Təcili yardım gələndə isə Elinanın zəhərləndiyi deyilib, buna görə də onu toksikologiyaya aparıblar – vicdansızlıq, qansızlıq.
3. Toksikologiyada məlum olub ki, Elina zəhərlənməyib, özünü binadan atıb. Bundan sonra onu “Semaşko”ya aparıblar.
4. Psixoloq Elinaya müəyyən suallar verib və faciədən dönmüş bu qızı videoya çəkib. Hansı ki, bu video ilə direktoru təmizə çıxarmağı planlaşdırıb. Təsəvvür edin, bir insan can verir, bu qatillər özlərini sığortalamaqla məşğuldurlar.
Videolardan aydın görünür ki, Elina hadisədən sonra suallara normal şəkildə cavab verir, yəni hər hansı ciddi zədəsi yoxdur. Bunu onun ailəsi də təsdiq edir. Bu o deməkdir ki, vaxtında təcili yardım çağırılsaydı və psixoloq hər vəchlə direktorun müdafiəsi üçün video çəkməsəydi, Elinanı xilas etmək olardı.
Məktəb direktorunun Elinanın intiharı ilə bağlı dediyi söz Azərbaycan təhsil sisteminin alnında qara ləkə kimi uzun illər qalacaq. “Pozğun ailənin uşağıdır”, - direktor bir gözəl balanın faciəsinə belə “qiymət” verdi.
Görün, məktəblərimizi kimlər idarə edir. Belə təfəkkürdə olan insanlara adətən terror qruplaşmalarında, cinayət şəbəkələrində rast gəlmək olur. Həmin direktorun MÜVƏQQƏTİ olaraq işdən çıxarıldığı deyilir. Niyə müvəqqəti?! Təhsil Nazirliyi insan ölümünə səbəb olan şəxsləri belə müdafiə edəcəksə, biz övladlarımızı məktəbə yox, Suriyaya döyüşməyə göndərək. Çünki orada daha təhlükəsizlikdə olarlar.
Hadisələrə baxanda aydın görünür ki, bu, intihar deyil, qətldir. Aidiyyəti qurumlar dərhal hərəkətə keçməlidir: direktor, həkimlər, psixoloq və Elinanın bu həddə çatdıran hər kəs məsuliyyətə cəlb edilməlidir.
Bir ölkənin üç əsas dayağı var: Təhsil, Səhiyyə və Məhkəmə. Təcili şəkildə bu üç sahədə çalışan ikiayaqlı mikrobları təmizləmək lazımdır. Yoxsa bu qətliamların davamı olacaq.
Hazırda özünü binadan “atıb”, amma hələ yerə çırpılmayan yüzlərlə yeniyetmə, gənc var.
Gəlin, onları xilas edək!
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ














.jpg)















