İsanın xatirəsinə...
Bizi izləyin

Digər

İsanın xatirəsinə...

Çingiz Mustafayevin bir videolenti var. Geri dönən bir kamaz dolu Azərbaycan əsgərinə: "Hamınız arvadsuz" deyir.

Çingiz Mustafayevin bir videolenti var. Geri dönən bir kamaz dolu Azərbaycan əsgərinə: "Hamınız arvadsuz" deyir. Haqlı idi, amma məzmun olaraq qadını aşağıladığı üçün mənfi sifətləri daşıyan insanları "arvad" adlandırmaq mənə görə yolverilməzdir. Aydındır qeyd etdiyim məqamda bu ifadə gender ayrı-seçkiliyi etmək niyyəti ilə işlədilməmişdi. Bu sadəcə cəmiyyətdə formalaşmış yalnış düşüncədən doğan dil qəliblərindən biridir və Çingiz inanılmaz gərgin və emosional bir vəziyyətdə qəzəbini, hirsini, sevgisini, qayğısını özünəməxsus səs tonu ilə kəlimələrə çevirmişdi.

Şüurumuza həkk olunmuş, avtomatik beyindən dilə enən belə dil qəlibləri çox işlənilir məişətdə. Tək qadınlar yox, kişilər də alır nəsibin bu cinsi qiymətləndirmədən. Əminəm ki, çox tez-tez kiminsə atası, qardaşı, oğlu barədə "kişiliyi yoxdur" deyildiyini eşidirsiniz və ya elə özünüz bu sözləri işlədərsiniz.

Kişi və ya qadın olmaq təbiətin bizə sifarişimiz, seçimimiz olamadan milyonda bir təsadüflə bəxş etdiyi bir fizioloji quruluşdur, bioloji funksiyadır. Xarakteriniz, temperamentiniz, sosial statusunuz, mövqeniz, mənsəbiniz, dininiz, irqiniz nə olur olsun bu sizi qadın və ya kişiyə ayıran bədənininiz fizioloji quruluşuna təsir etməz. Ailəni keçindirə bilməyən kişi cinsinin nümayəndəsi "kişi deyil" kimi qınaqla rastlaşır. Yəni insani xüsusiyyətlər cinsiyyətə müncər edilir. "Qeybət edir, kişi deyil, avraddı"- sanki, qadının qeybət etməsinin tək səbəbi qadın olmasındadır.

Normal kişi və qadın cinsindən olan insanlara qarşı fikir qarışıqlığı və qiymətləndirmə qüsuruna sahib olan bir cəmiyyətin homoseksuala ksnefobiyası qaçılmazdır.

Sözü necə İsaya gətirim bilmirəm. Hardan başlayım, nə izah edim, harda nöqtə qoyum? Dünyasını dəyişən barədə çoxu yazar, çoxu danışar. Bu insan oğlunun xislətində var.

Mən İsanın bir internet saytına verdiyi müsahibəni sosial şəbəkə vasitəsilə öz divarımda paylaşanda onu heç tanımırdım. Bakıya qayıtdıqdan sonra ortaq dostlar sayəsində onunla tanışıb bir saat söhbət etmək imkanım oldu. Qarşımda həyat dolu, məqsədi, arzuları olan, gündəmi izləyən, müasir yazarların qələmindən xəbərdar, hər mövzuda söhbət edə biləcəyin gülərüzlü ( mənim gördüyüm) biri oturmuşdu. Elə müsahibəsində də bu hisləri ötürə bildiyi üçün diqqətimi çəkmişdi. Sonralar səhifəsində paylaşdığı yazılardan başa düşdüyüm o oldu ki, İsa ana sevgisi istəyir, əzizlənmək istəyir, qayğısını çəksinlər istəyir. Bildim ki, o, dostlarını sevir, insanları sevir, dünyanı sevir, hər kəsin də sevməsini istəyir. Çox şey istəmirdi, insan olaraq dünyaya gəlmişdi, və insan olaraq qiymətləndirilməsini istəyirdi.

İnsan...

Həyatda hər şey insan üçündü, bizim üçündü. Kişi və ya qadın cinsindən olmaq da, homoseksual olmaq da, fəhlə olmaq da , fahişə olmaq da, ədalətli olmaq da, vicdansız olmaq da, sədaqətli olmaq da, xəyanətkar olmaq da hər şey, hər sifət, hər sima, hər qədər, hər xoşbəxtlik, hər sevinc, hər dərd, hər rüsvayçılıq, hər fərəh...hər... hər... hər... hamısı insan üçündü.

Nə olursan, necə olursan ol, insan adlandırılan məxluqun birinci və əsas təyinatı yaşamaqdır. Hərə öz payına düşəni yaşayır.

Dil qəlibi dedim az öncə. Sevmədiyim biri daha var: biri niyyəti nə olur olsun, bir məqsədinə yetə bilmədikdə ikrahla "yemədi getdi" deyirlər. İsa payına düşəni yemədi, yedirtmədiz!!! Alın gözünüzə təpin!!! Boğazınızdan keçirsə nuş olsun!!!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm