İçərişəhər ətrafında yaradılan süni ajiotaj və çarəsiz səfillər
Bizi izləyin

Köşə

İçərişəhər ətrafında yaradılan süni ajiotaj və çarəsiz səfillər

Samir FEYRUZ

Siyasi səhnənin ən istedadsız aktyorlarının “reportyor”luğu…

Parisin Notr-Dam kilsəsi yananda Viktor Hüqonu cəbhəçi çıxartdılar, çarəsiz siyasi səfillər “Diqlas”ın yanmağını isə ölkədə insan hüquq və azadlıqlarının olmadığına bağladılar: paho, “Diqlas” dilə gəlib ki, ölkədə insan hüquqlarını bərpa edin, yoxsa özümü yandıracam!? Əllərində iri, lap iri səhifələr, tv-lər, domenləri müxtəlif dövlətlərin serverlərində yer almış saytlar, youtube kanalllar.., di gəl ki, deyirlər, bizə azad söz verin. Xaricdən alınan qrantlar, yığılan ianələr, “əmr”lərin icrasından əldə edilən pulların hesabatını vermək heç kimə asan gəlməsin e.

Vaxtilə “Mən Rotşilderin ailəsindən pul alıram” deyib bütün müxalifəti ümid və qorxu içərisində saxlayan Emin Hüseynovun, xaricdəki “siyasi mühacir”lərin, lap elə ölkəmizdəki dızmaduruq cəbhəçilərin, başlarındakı Əli Kərimlinin məqsədi ölkədə müsbət nəsə görmək yox, ölkənin xaricə satışını rəsmən sənədləşdirməkdir. Qərbin o qədər belə “notariat” təşkilatları var ki… Amma boşuna vaxt sərf edirlər, Azərbaycanın təməli o qədər möhkəm qoyulub ki, həmvətənlərinin arasından qadın paltarında sivrilib səfirliklərə sığınanların niyyətləri reallaşan deyil. Xüsusi troll şəbəkələri formalaşdırıb dezolarla ölkədə ictimai rəyi çaşdırmaq məşhur və primitiv taktikadır. Bu gün özünü bütün müxlaifətin “lideri” adlandıranların, milyonlarla pula, əmlaka sahiblənən, xüsusi boğuq və “qluşitel” tembrli səs tonu ilə sosial şəbəkələrin “Bayram Nurlusu”na çevrilmiş Aslan İsmayılovun əlinə bir telefon alıb “reportyorluq” etməsi siyasi səhnənin ən istedadsız aktyoru kimi ikrah doğurur. Sanki pusquda durublar ki, hansısa bir mənfi hal aşkarlanan kimi səslərini başlarına atıb birbaşa dövləti ittiham etsinlər, xaricdəki “xaç ata”larına donoslar yazsınlar, troll şəbəkələri vasitəsilə ictimai rəyi çaşdırıb öz məqsədlərinə uyğunlaşdırsınlar və sairə… Növbədə “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu idi.

“Həmin fotoşəkillər 2011-ci ildə Qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilib”

İndi adama sual verərlər: ““İçərişəhər”də çəkilişlər edib insanlarda çaşqınlıq yaratamağa cəhd edənlər hər gün orada yerləşən bahalı restoranlarda yeyib-içəndə niyə susurdular, həmin vaxt gözləri kor idimi? Axı İçərişəhəri heç kim dağıtmır, 2011-ci ildə orada aparılan restavrasiya (bərpa) işləri zamanı çəkilmiş fotoları 8 il sonar paylaşıb yazırlar: “Ay camaat, hakimiyət, məmurlar İçərişəhəri dağıdır, divarları sökürlər…”. Bu zırpılıqda yalanla, böhtanla nə qədər yaşamaq olar, axı sizin yalanlarının heç 40 gün də çəkmir. İndi radikal müxalifətçilər sosial şəbəkələrdə neçə gündür hay-həşir salıblar ki, qoymayın, İçərişəhərin divarlarını sökürlər. “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu həqiqəti ortaya çıxarmaq, səslənən ittihamların yalan olduğunu isbatlamaq üçün Media-tur təşkil etdi, jurnalistlər öz gözləri ilə gördülər ki, yayılan şəkillər bu günə aid deyil. Eyni zamanda “İçərişəhər” DTMQİ ictimaiyyətə müraciət də etdi: “Dünən paylaşılan fotogörüntülər yenidən həqiqətlə tamamilə ziddiyyət təşkil edilən qərəzli addımların bir nümunəsidir. İlk olaraq qeyd edilməlidir ki, İçərişəhərdə hal-hazırda fotoda görünən vəziyyətdən əsər-əlamət yoxdur. Bunu açıq-aydın müşahidə etmək mümkündür. Həmin fotoşəkillər 2011-ci ildə Qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilmişdir. Məsələnin kökündə isə əslində Sovet erası zamanı 1954-cü ildə Qala divarları üzərində aparılan kobud rekonstruksiya işləri durur və əfsuslar olsun ki, bu proses zamanı Qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirmiş və düz divarın çəkilməsi ilə nəticələnmişdir. “İçərişəhər” DTMQİ fotoşəkil ilə bağlı yaradılan mənzərənin və əsassız ittihamların əksinə olaraq 2011-2012-ci illərdə Qala divarlarının bərpasını həyata keçirmiş və bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görmüşdür. Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilmiş, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər tərəfindən layihə işlənib hazırlanmışdır. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görə bilərsiniz”.

Azərbaycanda tarixi abidələrə də, mili-mənəvi dəyərlərimizə də ən yüksək qiyməti dövlət başçısı İlham Əliyev verir. Prezident İlham Əliyevin bu günə qədər bu istiqamətdə atdığı addımlar təkcə ölkəmizdə deyil, bütün dünyada təqdir olunur. Azərbaycanda YUNESKO-nun Ümumdünya irs siyahısında Qız Qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhər və Qobustan Qaya sənəti mədəni landşaftı daxildir. Ölkənin Birinci vitse-prezidentinin uzun illər rəzində Azərbaycan tarixi abidələrinin qorunması, tanıdılması istiqamətimndə atdığı addımlar böyük tarixi əhəmiyyətə malikdir.

“Əziz” dezoyanlar, cəbhəçilər, “klaviatura aslan”ları! Siyasi mübarizədə uduzanda da gərək məğlubyyətini kişi kimi qəbul edəsən ki, yenidən mübarizə aparmaq üçün addım atanda öz dəyərlərini aşınmış, dağılmış görməyəsən. Oynamağa başqa şey tapmaq olardı, İçərişəhər oyuncaq deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm