Köşə
Milli musiqimizin qəmli notları...
Bu gün Milli Musiqi Günüdür.
Musiqi, doğrudan da, ruhun qidasıdır. Amma söhbət səliqəli musiqidən gedir. Sevindirici hal odur ki, ölkəmiz də vaxtilə peşəkar musiqi nümunələri ərsəyə gətirib. Bu gün də o ənənəyə sadiq qalanlar var, amma sayları çox azdır. Yəni milli musiqimizə xələl gətirən o qədər manıslar ortaya çıxıb ki, maddi imkanları, "arxa-dayaqları" əsl sənət fədailərini onların kölgəsində qoyur. Belə bir halın mövcudluğu, həqiqətən, təəssüfedicidir.
Digər təəssüf doğuran məqam isə orta ümumtəhsil məktəblərində musiqi fənninə(fənnin adında yanlışlığa yol verilə bilər) laqeyd yanaşılmasıdır. Bunu mütləq qeyd etməliyəm. Sözügedən fənnə münasibət heç ürəkaçan deyil. Bunun üçün söz sahibi olan lazımi qurumlar hərəkətə keçməlidir. Axı bəstəkarlarımızı tanımayan, onların yaratdığı əsərlərdən heç olmasa birinin belə adını çəkə bilməyən və ya tv-də, radioda səsləndirilən parçanın hansı kompozisiyaya aid olduğundan xəbərsiz gəncləri biz necə intellektual azərbaycanlı hesab edə bilərik?!
Xatırlama. Məsələn, yadıma gəlir ki, təqribən 3 il yarım bundan öncə yerli televiziya kanallarından birində yayımlanan musiqili proqramda adını çəkməyi etik hesab etmədiyim "Əməkdar artist" tituluna sahib tanınmış xanəndə qonaq idi. Verilişdə ona Şərqdə ilk opera yazan qadın bəstəkarın kim olması barədə sual verildi. İnanın ki, həmin məşhur sualın cavabını tapa bilmədi. Yaxşı, bu, mədəniyyətimizə, Şəfiqə Axundovanın ruhuna, həmçinin daşıdığı o fəxri ada hörmətsizlik deyilmi? Deməli, ya toylara başı qarışdığından biliyinin artırılması arxa plana keçib, ya da təhsil aldığı dövrdə işi ancaq səsini qorumaq olub(İnsafən gözəl oxuyur), dərsləri birtəhər yola verib.
Nə deyim... Allah Əzraillə can çəkişində olan milli musiqimizi və onu dartıb, qəbrə girməyə imkan verməyən musiqiçilərimizi qorusun!
Mehti Kamiloğlu
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək






























