Erməni qadının dörd halı: bakirə, məşuqə, hamilə və qaçqın Qayane
Bizi izləyin

Köşə

Erməni qadının dörd halı: bakirə, məşuqə, hamilə və qaçqın Qayane

Miladın guya ilk əsrləri, Roma imperiyasının ucqarı. Erməni kilsə xronikalarına görə, Romada müqəddəs Pavel məbədindəki rahibələrdən biri imperator Diokletianın çox xoşuna gəldiyindən onu özünə yeni hərəm etmək istəyirmiş. Rahibə qaçıb Ermənistana sığınır. İmperator məbədin qadın iqumeni Qayaneni onun dalınca göndərir.

Qayane isə gəlib rahibəni dilə tutmaq əvəzinə onu rahibə andını qorumağa inandırır. Erməni çarı bunu eşidincə Roma imperatoruna sədaqətini sübut etmək üçün vurub Qayaneni öldürür. Bu dini rəvayətin nə zaman uydurulduğunu bilmirəm, amma ermənilər bundan böyük tarix, ədəbiyyat düzəldiblər, Eçmiədzin yaxınlığında inşa etdikləri Qayane məbədini YUNESKO siyahısına da salıblar.

1930-cu illər, sovet Ermənistanı. Qayane adı ermənilər arasında yeni dövrdə yenidən populyarlaşdı. Aram Xaçturyanın baleti də “Qayane” adlanırdı. Yeri gəlmişkən, 2019-cu ilin əvvəllərində Paşinyanın Moskvaya səfəri zamanı bu balet səhnələşdirilmiş, iki ölkənin rəsmiləri baletə birgə tamaşa etmişdilər. Bu baletə hər iki tərəfin “balet” etməsinə səbəb olan maraqlı cəhət nədir ki belə? Xaçaturyanın Cənubi Qafqazın bütün xalqlarının, xüsusən bizim musiqimizi peşəkarcasına mənimsəyib özününküləşdirməsini bir kənara qoysaq, libretto nəyə desən dəyər.

Qısa məzmunu-Qayane gözəl erməni kəndli qızıdır, kolxozçudur. Əri Qiko kolxoza (yəni rusların gətirdiyi yeniliyə) qarşı diversiya törədir. Qayane öz ərini rus əsgərlərinə çuğullayır, sonra onlardan birini (Kazakov) sevib onunla “romantikaya” qapanırlar. Rus əsgərləri bu romantik-intim rəqslərdən o qədər məmnun qalırlar ki, Qayanenin təhrikilə sərhədi (yəqin ki, Türkiyə sərhədini) keçmək istəyən üç müsəlmanı qətlə yetirlər.

Qayanenin Kazakovla sevişməsindən, rusların müsəlmanları qırmasından xoşbəxt olan erməni gəncləri sonda bizim bəlli rəqslərimizin sintezindən ibarət xəncərlərlə rəqs səhnəsi göstərirlər. Müsəlman qırılıbsa, onun irsini niyə mənimsəməyəsən ki...

Bir sözlə, balet deyil, milli mentalitet haqda musiqili pritça, mədəni davranış arxetiplərinin musiqi ilə ifadəsidir. Dağlıq Qarabağın işğalının 30-cu illərdə yazılmış ssenarisi idi. Gümrüdə rus əsgərini yatağına salıb sonra şüvənlik salan erməni qadınları haqda Nostradamus kəhanəti idi. Hələ neçə Paşinyanların izləyəcəyi geosiyasi gedişlərin dəqiq təsviri idi...

2021-ci ilin apreli. Sosial şəbəkələrin erməni seqmentində qızğın müzakirələr gedir. 2021-ci ilin yanvarında erməni əsilli Xankəndi sakini 25 yaşlı Qayane Qrantovna Arzumanyan Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazimizdə xidmət edən Artyom adlı rus baş leytenantı ilə tanış olub. Qızın dediyinə görə, onlar təxminən iki həftə görüşüblər, bundan sonra Artyom ünsiyyəti kəsib. Görüş zamanı rahibə ulu nənəsinin yox, sovet kolxozçusu nənəsinin varisi kimi çıxış edən Qayane iki həftədən sonra hamilə qaldığını bilib Artyoma məlumat verib. Artyom dərhal... itib. Qızın valideynləri və qohumları müxtəlif orqanlara müraciət edib haqq-ədalət tapmağa çalışsalar da, Artyom üzə çıxmır. Yəni bu dəfə kazak(ov)lar Qayanelərə uysalar da, sonda onları atmışdılar və bu uyma müsəlmanları vurub öldürmə həddinə qədər ehtiras oyandırmamışdı deyəsən.

2023-cü ilin oktyabrı. Ermənistanın Azərbaycanla sərhədi. Qaçqın və ya köçkün olmaları Ermənistanda mübahisə doğuran keçmiş Xankəndi sakinləri BBC-yə “dərdlərini” bölüşürlər. Xankəndinin Qayane adlı keçmiş sakini itkilərindən danışır. “Qayanenin oğulları yola düşməyə hazırlaşarkən o, səfər üçün çörək bişirirdi. İlk gedən insanların təcrübəsindən məlum idi ki, səfər ən azı bir gün çəkəcək”, - deyə BBC “qaçqın” Qayanenin taleyindən dürlü -dürlü fəci səhnələr tapıb ictimailəşdirməyə çalışır. Kim bilir, bəlkə bu, növbəti balet, ya kilsə ədəbiyyatı üçün də mövzu olacaq.

Əsas qayğı bu deyil. Kazak(ov)lar Qayaneləri atırsa, indi biçarələr öz yataqlarını hansı faydalı məxluqla bölşsünlər - Hans, Anri, Yanki? Onlardan da ümid kəsilsə, Ağayi Dariuşdan fayda gələrmi?

Cəmaləddin Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm