Köşə
Fələstini kim yaradır? - ŞOK FAKT
“Məndən tez-tez hansı millətə mənsub olduğumu soruşurlar, mənə livanlı deyirlər. Mənsə özümü levantalı (Suriya, Fələstin, Livan, İsrail və İordaniyanın birgə tarixi adı, başqa adı Biladu-ş-Şam-C.Q) sayıram. Siz mənə bir bayraq və himn verin, mən sizə bir xalq yaradım”,- “Qara qu quşu: çox qeyri-mümkün olanın təsiri” adlı əsəri, müəllifi olduğu təsadüflər nəzəriyyəsi ilə dünya şöhrəti qazanmış livanəsilli tanınmış filosof Nassim Nikolas Taleb belə deyirdi.
Amma böyük kütlələrin onları bir xalqa çevirəcək rəmzlərin-bayrağın altında yığılması elə də asan olmur. Bunun üçün uyğun şərtlər, zaman yetişməlidir. Bəzən də bunun üçün xarici amillər də rol oynayır. Məsələn, müxtəlif etnoslardan olan qriqorianları və müxtəlif dinlərdən olan etnik etməniləri (qriqorian, ortodoks-rumey, katolik, bəzən nestorian və meilkit ermənilərdən də bəhs edilir) bir xalqa çevirmək üçün soyqırımı və “türk təhlükəsi” haqda şişirdilmiş əfsanələrdən istifadə edilib.
Fələstin prezidenti Mahmud Abbasın vaxtilə Moskvadakı Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində müdafiə etdiyi namizədlik dissertasiyası “Əks tərəf- Nasistlərlə Sionist Hərəkatı rəhbərliyi arasında gizli əlaqələr” adlanırdı. M.Abbas dissertasiyasında sübut etməyə çalışırdı ki, sionizm liderləri özləri nasistlərin yəhudi qırğınları törətməsində maraqlı olublar. O iddia edir ki, bununla da sionist liderlər qırğınları kütləvi soyqırımı (Holokost) kimi təqdim etməyə fürsət qazanmış, almanlaşan, slavyanlaşan yəhudiləri “Sion ideyas”ına, “vəd olunan torpaqlar” ideyasına inanmağa məcbur edə bilmişdilər. “Balfur bəyannaməsi”ndən sonra belə indiki İsrail ərazisinə köçməyə tərəddüd edən yüz minlərlə yəhudi leqal və qeyri-leqal yollarla orda məskunlaşmaq üçün yaşadıqları ölkələri tərk etmiş, idiş (alman dilinin yəhudi etnolekti) yəhudiləri birləşdirən əsas dil funkisyasını birdəfəlik yenidən bərpa edilən ibraniyə (ivritə) vermiş, dünyanın aparıcı dövlətləri, BMT yəhudilərin məhz Yaxın Şərqdə öz dövlətlərini qurmaq haqqını tanımışdı və s.
M.Abbas bu mövqeyindən heç indi də imtina etməyib. Ancaq buna görə İsraildə dəfələrlə tənqid olunmasına, Holokostu inkarı görə məhkəmə ilə təhdid olunmasına rəğmən, rəsmi Təl-Əviv Fələstin və fələstinlilər adına onunla əməkdaşlıq edir, onu rəsmi tərəf kimi qəbul edir.
Nassim Talebin “Mənə bir bayraq verin, mən sizə bir xalq yaradım” fikri bu gün peyğəmbərcəsinə səslənir.
İndi dünyanın dörd bir yanını bürümüş, ABŞ və Avropanı lərzəyə salan pasifist, anti-İsrail aksiyalarının bir rəmzi var-Fələstin bayrağı. O bayrağı qaldırmaq yasağı olan yerlərdə isə rənglər palitrası qarpızı andırdığından, qarpız satışları həyata keçirirlər. Dünyanın dörd bir yanına səpələnmiş keçmiş Şam ölkəsi (Levanta) Fələstin vilayətindən olan 10 milyona yaxın ortodoks, maroni, katolik, melikit, dəruzi əsilli şəxs özünü bir xalqın-fələstinlilərin nümayəndəsi kimi hiss edir, özlərini dünyanın az qala ən fəal , ən mobil, ən monolit və ən çoxsaylı diasporlarından birinə aid edirlər. Hərçənd onların bir çoxu ta 19-cu əsrdən bəri məhz öz ərəbdilli qonşularının dini basqısı üzündən Biladu-ş-Şamı tərk etmişdilər. Onların özlərini ərəb və fələstinli kimi hiss etməmələri üçün yüzlərlə səbəb və bəhanələri, məskunlaşdıqları ölkələrin çoxunun aktiv assimilyasiya siyasəti var. Amma Benyamin Netanyahu və HƏMAS ötən il başlatdıqları amansız, qəddar savaşla bütün o səbəbləri də, bəhanələri də, assimilyasiya siyasətlərini də sıfırladılar. Fələstinin dövlət kimi tanınması BMT müzakirəsinə çıxarılır, ABŞ-ın yumşalması, BMT-nin qərarı gözlənilmədən Avropa dövlətləri bir-birinin ardınca Fələstini rəsmən tanıdıqlarını elan edirlər. Artıq Yaxın Şərqdə ikidövlətli həll modeli bir reallıqdır.
Maraqlıdır, M.Abbas yenə də elmi iş yazmağa həvəsli olsa, Fələstin dövlətinin yaradılmasında HƏMAS liderlərinin Ben Gvir və Benyamin Netanyahu ilə gizli əməkdaşlığının oynadığı rolu araşdırardımı?
Cəmaləddin Quliyev
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
-
Nəqliyyat12 May 19:48Daha bir müntəzəm marşrutun avtobusları yenilənir

















.png)














