Köşə
O, bu günə başqa gözlə baxır: Əliyevin Qarabağa apardığı hədiyyə nədir?
Bildiyimiz kimi, hətta bütün dünyanın bildiyi kimi, bu gün Azərbaycan xalqı müstəqillik gününü qeyd edir.
Dünya liderlərindən ölkə prezidenti İlham Əliyevə saysız-hesabsız təbrik məktubları gəlir. Həmin saysız-hesabsız məktublar Azərbaycanın dünyada hansı yerdə durduğunu, dəyişməz mövqeyini bir daha sübut edir.
Bəli, Azərbaycan dünya siyasi arenasında öz sözünü deyən, ciddi məsələlərin və problemlərin həll olunduğu məkanlara - mərkəzlərə dəvət alır. Eyni zamanda, Azərbaycan özü də qlobal məsələlərin müzakirə olunduğu qlobal forumlara ev sahibliyi edir. Azərbaycan danışır dünya dinləyir, Azərbaycan məsləhətlər verir, dünya qulaq asır. Amma təəssüf ki, Azərbaycanın “Dəmir Yumruğ”u altda əzilmiş, onun gücünü yaxından görmüş, Şanlı Ordumuzun axını qarşısında quyruğunu qısıb qaçmış düşmən - erməni xisləti hələ də dırnaqarası qürurunu yerə qoymur.
Amma və əmmaya axırda bir də toxunacam. Hələlik könlümün Şahı Azərbaycanın bu gününə bir söz də mən deyim, ürəyim fərəhlənsin...
Gün 28 may. Azərbaycanın Müstəqillik Günü. Bu günü hərəmiz bir cür qeyd edirik. Kimi yeyib-içir, kimi Bayrağa baxıb qürurdan kövrəlmiş halda köks ötürür, kimi də istirahət günü deyib tos qoyub yatır.
Amma o, bu günə tamam başqa gözlə baxır, heç kimin o dərəcədə baxa bilməyəcəyi gözlə - ölkə başçısı İlham Əliyev...
Cənab Prezident 44 Günlük Vətən Müharibəsindən sonra Qarabağa saysız-hesabsız gedişlər edib. Sanki özünün ikinci, bəlkə də birinci evi bildiyi Qarabağa. Haqqı da var... O oldu işğal tarixindən bir qərinə keçən, əksəriyyətin artıq əlini üzdüyü, "Əşşi, kimdir Qarabağı qaytaran!" deyən insanların qara-qara fikirlərini alt-üst edib, dağları dağıdaraq Dağlıq Qarabağdan Qarabağ düzəldən Prezident. Cəmi 44 günə həll etdi 30 ildən çox qalıb kök atmış problemi. Dünyanı əvvəlcə mat qoydu, sonra özünə və Azərbaycana heyran etdi Ali Baş Komandan İlham Əliyev.
Bu gün 28 May – Azərbaycanın Müstəqillik Günüdür. Və bu gün də Prezident İlham Əliyev öz ənənəsinə sadiq qaldı. Qarabağa səfər etdi. Müstəqillik gününü orada qeyd edir.
Prezident Qarabağın Ağdamına, Xocalısına 28 May hədiyyəsi aparıb. Ağdamda Soltanlı, Nəmirli, Güllücə kəndlərinin təməlini qoydu. Güllücə... Sanki həm də bir mesajdır - bütün Qarabağı güllüyə, gül baxçasına, gülüstana çevirəcəyik mesajı... Amma... Həəə, yuxarıda dediyim əmmaya qayıdıram.
Amma düşmən öz məkirindən yenə də əl çəkmir. Öz yerli KİV-ndə Azərbaycan Prezidentinin bugünkü Qarabağ səfərinə yer veriblər, amma yenə də erməni həyasızlığı nümayiş etdirərək. Xainlik, yanıb tökülmək, həyasızlıq yağır məlumatların mətnindən. Azərbaycanın dilbər guşəsi olan Ağdamı öz iyrənc dillərində vurğulayıblar. Hələ bu azmış kimi, "işğal altında olan" kimi də qeyd ediblər. Bu idi dediyim əmma.
Mən isə bu gözəl gündə erməni həyasızlığından çox danışıb zövqünüzü, həm də öz zövqümü korlamaq istəmirəm. Qoy elə yanıb tökülsünlər, qəhr olsunlar, hər zaman xar olsunlar!
Gələcəkdə daha da genişlənəcək bu tarix düsturunu da unutmasınlar: 28 May + 44 gün + 24 saat = Müstəqil və Suveren Azərbaycan!
Adəm Abbaslı
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO