Köşə
Bizə “Fənərbağça” lazımdır, yoxsa “Qarabağ”?
“Trabzonspor” Avropa Liqasında adını da yaddan çıxardığım hansısa komandanı mübarizədən kənarlaşdırandan sonra türkiyəli jurnalistlər yazırdılar: Bu komanda Avropa Liqasının finalında oynamağa layiqdir.
Növbəti mərhələdə hansısa “Rapid” elə Trabzonda sabun köpüyünü dağıtdı. İndi “Trabzonspor” yəqin ki, səfərdə nəyəsə ümid etmir, Konfrans Liqasının qrupuna düşməyə cəhd edir. Türkiyəli jurnalistlər də onu bu liqanın finalında görürlər.
“Fənərbağça” ÇL-in finalına qədər gedə bilər. Ortada Mourinyo amilli var. Bu çalışdırcı hər şeyə qadirdir”. Bunlar da Türkiyəli jurnalistlərin utopik fikirləridir.
“Fənərbağça” artıq Çempionlar Liqasında deyil. Avropa Liqasının qrupuna düşməyə çalışır. Düşə biləcəkmi? Naməlum. Məlum olan odur ki, hələ ki, türkiyəli jurnalistlər bu komandanı Avropa Liqasının finalına çıxarıblar.
“Qarabağ” Fənərbağça” ola bilməz.
“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyonun məvacibi qədərdir “Qarabağ”ın büdcəsi. Bütün oyunçuların məvacibi isə təkcə Edin Dzekonun məvacibi qədər olmaz.
“Qarabağ”ın öz sistemi, avantüradan uzaq strategiyası var. “Qarabağ” milyonluq futbolçu ala bilməz. “Mütləq səviyyəli legioner transfer edilməlidir” deyəndə kimi nəzərdə tuturuq? Məsələn, mənə görə səviyyəli futbolçu Vinisiusdur. “Real”dakı braziliyalı. Ərəblər 1 milyarda ala bilmirlər. Bəs sizin üçün kimdir səviyyəli futbolçu? Bəlkə Haaland, lap ölüsü Osimhen...
Bəlkə Edin Dzekonu nəzərdə tutursunuz? “Fənərbağça” gətirmişdi ki, ÇL-in qalibi olsun. Heç qrup mərhələsində də olmayacaq.
“Qarabağ” futbolçulara milyonluq müqavilə təklif edə bilməz. Nəinki milyonluq, heç 600-700 min də təklif edə bilməz. Edə bilsəydi, Kadi getməzdi, Lunyov qalardı.
“Qarabağ”ın milyonluq futbolçu alması Azərbaycan futbolunun reallığı ilə tərs mütənasibdir. Gözümüzü tutub bu komandanın uğurları. Elə bilirik ki, allı-güllü çempionatımız avar. Bir donun “Neftçi”yə baxın, “Səbail”i görün, “Sabah”a şükür edin.
“Qarabağ” milyonluq futbolçu ala bilmir, amma “Qarabağ” 11 ildir ki, sərasər Avrokubokların qrupunda oynayır.
“Fənərbağça” milyonluq futbolçular və məşqçilər gətirir, amma son on ildə Avrokubokların qrupunda 3 dəfə ola-olmaya.
“Fənərbağça” “Qarabağ” ola bilməz!
Mourinyosu ilə də, Dzekosu ilə də. Bizə o “Fənərbağça” lazımdır, yoxsa bu “Qarabağ”?
Daha bir nüans: “Fənərbağça”nın “Lill”ə məğlubiyyətini bal kimi həzm edən azərbaycanlılar sabah “Qarabağ” ÇL-in qrupuna düşsə, ondan “Real”ı, “Bavariya”nı məğlub etməyi tələb edəcəklər. Məni qınamayın, deyəsən, Azərbaycanda mazoxistərin sayı lap çoxdur axı.
Natiq Muxtarlı
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək





















.jpg)








