Köşə
"Sizə bir köşə həsr edəcəm" demişdim...
"Sizə bir köşə həsr edəcəm" yazmışdım özünə. Bu istək şimşək kimi çaxdı, ani işıqlandı, söndü. Təkrarlanmadı.
Əməkdaşlığımızsa davam elədi, neçə yazılarını sayta qoyduq, açıqlamalarını verdik, bir dəfə, tarixinə baxdım, lap dəqiqi 2019-cu il mayın sonlarında Teleqraf-ın Brifinq layihəsinə (müsahibə iyunun 4-də çıxıb) qonaq çağırdıq. Necə erkən istilər düşmüşdü! Səhv eləmirəmsə, orucluydu.
İradə xanım Musayevanı mən arayıb tapmışdım. Hamının yaxından-uzaqdan, harda oldu virtual-real üzünə, adresinə gülümsəməyə çalışdığı Aqil Abbasdan, Aqil Abbasın "Dolu" romanından sərt tənqidi yazı yazmışdı. O, qarabağlı, bu, qarabağlı. Nə heyrətli! Brifinq-ə müsahibəsində özünə də dedim...
İradə xanım, necə deyərlər, məlum tabuları, bəlli çərçivələri - başqa, daha layiqli metafora da tapmaq olar - qırmağı bacaran Xanımıdı.
Hə, "Dolu"nun tənqidini görəndən sonra saytımıza silsilə yazılar yazmağı xahiş elədim. Məncə, maraqlı bir təklif, orijinal bir ideyaydı. Bu ideya hələ də orijinallığını saxlayır, çünki nəsə onda o vaxt alınmadı.
İradə xanım mənim romanım haqda bir yazı yazmışdı, onun yazısının bir nüansını unutmaq mümkünsüz... "Mən bu roman barədə bir şey yazmağı planlayırdım, oxuyandan sonra başqa bir şey yazası oldum".
Ədəbiyyata maraq göstərdiyim erkən yaşlarımdan məndə bəlkə kiməsə təhrifli görünəsi belə bir təəssürat formalaşmışdı ki, Tənqidçi Yazıçıdan çox bilir. Çox qəribə!
İradə xanımla ünsiyyətə can atmağımda belə bir "atavizm"in də rolu vardı.
İradə Musayeva hər şeydən qabaq ədəbi-ictimai arenada heç kəsin şübhə eləmədiyi, eləyə bilməyəcəyi qədər vicdanlı, obyektiv və qərəzsiz bir ziyalı, bir ədəbiyyatşünas, bir tənqidçiydi.
Belə yaşamaq çətin olur! Mən belə başa düşürəm.
Allah İradə xanıma rəhmət eləsin.
Qurban Yaquboğlu
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək




















.jpg)








