Köşə
İgidin haqqı hər yerindən durana peşkəş edilməməlidir!
“Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilib” xəbəri gündəmi zəbt edib.
Bu xəbərin nə dərəcədə doğru olduğunu demək olar ki, heç kim dəqiq bilmir. Çünki müğənninin köməkçisi vəsiqənin həqiqətən də verilib-verilməməsi ilə bağlı suala cavab vermək istəmədiklərini qeyd edib və əlavə olaraq “xanım özü dövlətin qulluğunda, xidmətindədir. Hər halda dövlətimiz necə qərar veribsə, elə də addım atılıb”, - deyə bildirib.
Xəbər heç də ürəkaçan olmayıb. Məsələyə tanınmış şəxslər də biganə qalmayıb. Şou-biznes adamına bu cür medalın verilməsini qəbuledilməz hesab ediblər. Bir çox sosial şəbəkə istifadəçiləri hətta müğənnini təhqir edib. Bütün bu təhqirlərə dözməyən müğənni məsələ ilə bağlı paylaşımı silib. Müğənninin köməkçisi isə “Sosial şəbəkələrdə Nigar xanım haqqında artıq-əskik sözlər yazanlar, onun şərəf və ləyaqətini aşağılayanlar qanun qarşısında cavab verəcək”, - deyə əlavə edib.
Maraqlıdır, əgər Nigar xanım və köməkçisi qanuna hörmət edirsə, nə üçün əsası olmayan şəkil paylaşıb müğənninin “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edildiyini iddia edirlər? Hətta ictimaiyyəti buna inandırmağa çalışırlar.
Bildiyimiz kimi, bu medalla Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və ön cəbhədə fədakarlıq göstərmiş mülki işçilər təltif edilir. Qanunvericiliyə görə, bu cür medallar yalnız dövlət qurumlarının təqdimatı, xüsusi əmrlə və Prezidentin sərəncamı ilə verilir. Əgər belə bir hadisə baş veribsə, o sərəncamdan bizim niyə xəbərimiz olmayıb?
Yox, əgər bu medal rəsmi deyilsə, yəni hansısa digər yollarla kim(lər)insə hesabına verilibsə, o zaman bu, şəhid və qazilərə, eyni zamanda onların ailələrinə, hazırda xidmətdə olan hərbçilərə qarşısı hörmətsizlik deyil?
Vətən müharibəsində iştirak edən elə hərbçilərimiz var ki, bu medalı almaq üçün illərdir öz növbəsini gözləyir. Onlar bu medalı ala bilmədikləri halda sıradan bir müğənninin təltif olunması xəbərinin yayılması hərbçilər üçün ruh düşkünlüyü deyil? Sabah düşmənlə üz-üz qaldıqda onlar yüksək ruhla həminki şücaəti göstərə biləcəklər?
Bütün sahələrə əl atmısınız, televiziyanı, radionu ələ keçirmisiniz. Ölkədə istədiyiniz kimi “at oynadırsınız”. Barı həssas məqamlara toxunmayın. İmkan verin gənclərimizdə vətənpərvərlik əhval-ruhiyyəsi ölməsin. Dar gündə bizi düşməndən siz yox, igid oğullarımız qoruyacaq. Odur ki, onlara sahib çıxmalı, haqlarını qorumalı və layiq olduqları mükafatı hər yerindən durana peşkəş etməməliyik!
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək




















.jpg)








