Köşə
Müəllimə hədiyyə: Sevgi simvolu, yoxsa rüşvət damğası?
Necə gündür sosial şəbəkələrdə növbəti çaxnaşma yaşanır. Hamı ekspert, mütəxəssis olub, asıb-kəsir, yıxıb-sürüyür. Niyə? Çünki bir qrup valideyn müəllimə 200 manatlıq üzük alıb. Sosial mediada dərhal “rüşvət” damğası vurulub müəllimin alnına.
Bəli, rüşvət almaq kimliyindən, vəzifəsindən asılı olmayaraq qəbuledilməzdir. Rüşvət haram olmaqla yanaşı, qanunazidd əməldir. Lakin söhbət konkret olaraq məktəbdə, dərs zamanı vəzifədən sui-istifadə edərək nəyinsə alınmasından getmir. Müəllim heç kimdən nəsə tələb etməyib. Sadəcə, onun şagirdlərinin valideynləri təşəkkür niyyəti ilə bir araya gəlib, birgə restorana gediblər və müəllimə kiçik bir hədiyyə təqdim ediblər.
Müəllimdir deyə restorana getməsin? Gülməsin, əylənməsin? Hələ ötən illərdə istirahətə gedib oynayan, deyib-gülən müəllimlərə də “Vətən xaini” damğası yapışdırılmışdı. Axı hansı qanunda yazılıb ki, müəllimlər istirahət edə bilməz?
İki gündür düşünürəm: bu sosial mediada “asıb-kəsən” adamlar doğrudan da ömürlərində bir dəfə də olsun kiməsə hədiyyə almayıblar? Və ya onlara heç kim hədiyyə verməyib? Mən şəxsən dəyər verdiyim insanlara hədiyyə almağı sevirəm. Qarşılığında heç nə gözləmirəm. Bu, rüşvət sayılır? Təbii ki, yox.
Bəs onda niyə müəllimə verilən hədiyyə faciəyə çevrilir? Niyə hamı əlinə balta alıb, o müəllimi “öldürmək” istəyir? Müəllim olduğu üçün dəyər görməməlidir?
Bəlkə problem bundadır ki, cəmiyyətin bir hissəsi elə bilir müəllimlər məmurlardan daha çox qazanır? Halbuki ötən həftə müsahibə aldığım bir universitet müəllimi aylıq əməkhaqqısının 300 manat olduğunu dedi. Bu adam illərini təhsilə sərf edib: 4 il bakalavr, 2 il magistratura oxuyub, imtahan verib, müəllimlik peşəsinə qəbul olub. Və bu qədər əziyyətin qarşılığında aldığı 300 manat. Bu insanlara qarşı cəmiyyətdə bu qədər kin haradan qaynaqlanır?
İstisnalar çıxılmaqla, müəllimlər nə milyonlar qazanır, nə də kiminsə boğazından yapışıb hədiyyə tələb edir. Bu hadisədə də valideynlər öz təşəbbüsləri ilə müəllimə bir üzük hədiyyə edib. Səmimi bir təşəkkür niyyəti olub. Amma bəzi ağzıgöyçəklər bunu elə qabartdı ki, məsələ nazirliyə qədər gedib çıxdı və müəllim töhmət aldı.
Əgər bu rüşvətdirsə, niyə digər sahələrdə verilən “hədiyyələr” rüşvət sayılmır? Niyə onlara “hörmət”, “dəyər” deyirik, amma müəllimə veriləndə "cinayət" olur?
Məktəb bizim övladlarımızın ikinci evi sayılır. Həmin evdə müəllimlər övladlarımızın təlim-tərbiyəsi ilə məşğul olur. Evində iki uşağına tərbiyə verə bilməyənlər “müəllim kimdir ki, mənim övladıma söz desin?” deyəndə o evi yıxıb-dağıtmış oldu. Müəllimi gözdən saldıq, onu uşaqlarımıza rüşvətxor, qəddar kimi göstərdik. İndi nə qədər çalışsaq da, o evi əvvəlki kimi bərpa edə bilmərik.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?





















.jpg)
.jpg)






