Köşə
Yakut qızla Qalaaltı meşəsində tanışlıq: Haradan bilə bilərdim ki...
Bilmirəm özüm düşünmüşəm, yoxsa oxumuşam, ya kimdənsə eşitmişəm: Ən gözlənilməz, maraqlı süjeti Allah yazır. Ən sürpriz ssenari həyatdan gəlir.
Haradan bilə bilərdim, bir yakut qızla Siyəzənin Qalaaltı meşəsində rastlaşacağıq? Yaxında dərədən nazik çay axırdı, manqalda kabab tüstüləyirdi.
Ötən əsrin 80-ci illərinin ikinci yarısında Yakutiyada, bu muxtar bölgənin yuxarı uc nöqtəsində, Lena çayının Şimal Buzlu okeanının Laptevlər dənizinə tökülən yerində - Tiksi-3 qəsəbəsində hərbi xidmətdə olmuşam. Altı ay qaranlıq, altı ay işıqlı olan, qışda şaxtanın mənfi 55-60 dərəcəyə endiyi qasırğalı şimal diyarından ağır, unudulmaz yaşantılarla ayrılacaqdım.
Xırda, alçaq qarlı təpələr şüurumun "şarik"lərini oynadır, logikadan kənar belə bir təəssürat quraşdırırdı; elə bilirdim, nə zamansa buralarda olmuşam!
Yayda Lena çayıyla Yakutiyaya qədər gəmiylə, ardınca qatarla Primorsk krayına ezamiyyətə gedəcəkdik; çayqırağı meşədə sanki gizlədilmiş kiçik kəndləri görəndə buralarda qalmaq ürəyimdən keçəcəkdi.
Amma bizim fiziki varlığımız ruhi tələbatımızla heç də həmişə sazişə girə bilmir.
Tayşet... Kiçik Sibir şəhərin adının nəylə əlamətdar olduğunu xatırladız? Hüseyn Cavid burada sürgündə olmuş, burada vəfat eləmiş, buradan da nəşi ölkəmizə gətirilmişdi.
Tayşetin kiçik dəmiryolu stansiyasında dayananda 1986-cı ilin pripiska təqibləri ucbatından Azərbaycanı tərk eləyib Sibirin bu bucağında gizlənmiş azərbaycanlılarla rastlaşacaqdıq.
...Hərdən internetdə Yakutiyaya, Tiksiyə baş çəkib, bioqrafik hekayətin bu anlaşılmaz epizoduna baş vururam, səy bir səylə keçmişin yuxulu dünyasına yozum vermək istəyirəm. Nə deməkdi bu? Nə, nə, nə?..
Qalaaltında rastlaşdığım, rəsmi ad-soyadı Anastasiya Sergeyevna, bizim üçün Günel olan bu gənc, köşəkgöz qızcığaz, demə, bizim kollektivə təzə gəlibmiş. Şaman inanclı babası uzun illər əvvəl Güney Azərbaycanıyla sərhəddə hərbi xidmətdə olanda bir qız sevib... Anastasiyanın nənəsini...
Nə deməkdi bu, nə, nə, nə?
Qurban Yaquboğlu
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
















.jpg)














