Köşə
Bir ömürlük gözlənti: 32 ilin sükutu
İstər Birinci Qarabağ müharibəsi, istər 2020-ci il Vətən müharibəsi zamanı bu torpaq üçün canını verən hər bir şəhidin itkisi bizim üçün ağırdır. Hər dəfn mərasimi yalnız bir ailənin yox, bütün bir xalqın içində dərin iz buraxır.
Kəlbəcərdə 32 il əvvəl şəhid olan hərbçi Mehman Musayevin hekayəsi bəlkə də illərlə yaddaşlardan silinməyəcək.
Ötən həftə keçirilən dəfn mərasimində çıxış edən şəhidin nişanlısı Sevda Əliyevanın qəhər dolu sözləri hər kəsi pərişan etdi.
“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcəyini gözləyirdim. Həmişə Mehmanın adını uca tutdum. Qürurluyam, Mehmanla fəxr edirəm. Onun adına layiq yaşadım”.
İlahi, 32 il bir insanın yolunu gözləmək nə deməkdir?! Günləri, ayları, illəri bir sual ətrafında yaşamaq: “Bəlkə bu gün qapı döyülər...”. Bir çoxları “o, ölüb” desə də, Sevda xanım bir an da ümidini üzməyib.
Bəzən bir insanın gəlməyəcəyini ürəyində hiss edirsən. Gözlədiyin insanın səsi artıq susub, ayaq səsləri zamanın harasındasa itib. Amma sən gözləyirsən. Çünki bu, artıq sadəcə bir insanı gözləmək deyil, adın namus kimi qorunması, sevginin şərəf kimi yaşadılmasıdır.
Dəfələrlə həmin kadrları izlədim. O çıxış, o səs, o baxışlar zamanın dayandığı, səbrin daşlaşdığı andır. Allah insanı nə qədər səbrli, dözümlü yaradarmış. Deyirlər, “ümid sonda ölür”. Bəzən isə heç ölmür. O qadının ümidini öldürməyə nə zaman yetib, nə də insanlar. İçində iynə ucu qədər olsa da, o işığı saxlayıb.
Onun çıxışı bir insanın deyil, bütöv bir xalqın səbrini, sədaqətini, qürurunu ifadə etdi.
Bu, təkcə sevgi hekayəsi deyil. Bu, həyat hekayəsi xalqın yaddaşına sədaqət salnaməsi kimi həkk olacaq. Bu o deməkdir ki, torpaqlarımız yalnız igidlərimizin qanı ilə deyil, Sevda xanım kimi arxada qoyduqları səbrli, möhkəm və ürəyi dağ olmuş insanların sevgisi ilə də qorunur.
Gülnar Süleymanova
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək




















.jpg)








