Köşə
Hər şey qurulub: “Qarabağ” “Kopenhagen”ə məğlub olacaq
“Kopenhagen”lə qarşılaşma “Qarabağ”ın tarixində ən çətin oyun olacaq. Qurban Qurbanovun komandası hələ indiyə qədər heç bir oyuna belə təzyiq altında çıxmayıb.
Hər şey də “Benfika” ilə oyundan sonra başladı. Həftə ərzində “plan” quruldu. “Qarabağ” Lissabonda məğlub olsaydı, belə bir “plan” kimsənin yadına düşməyəcəkdi. “Benfika” ilə oyunda məğlub olsaydı, kimsə “Qarabağ”ı qınamayacaqdı. Amma qələbə…
Nəinki Azərbaycan ictimaiyyəti, bütün dünya həftə ərzində “Qarabağ”dan danışdı. Dünya ictimaiyyəti belə deyir: Görək “Kopenhagen”lə oyunda ardı gələcək.
Azərbaycan ictimaiyyəti isə tələb edir: “Benfika”ya qalib gəlibsənsə, deməli, “Kopenhagen”i də məğlub etməlisən.
Amansız təzyiq var “Qarabağ”a. Qurban Qurbanovun komandasını psixoloji cəhətdən nə qədər yaxşı hazırlaya biləcəyinə inamıma rəğmən, bu təzyiqin öhdəsindən gələcəyini də düşünmürəm “Qarabağ”ın.
Həftə ərzində dünyanın hər yerindən deyilən təriflərə bəh-bəhlə qulaq asdıqdan sonra adamı qəflətən titrətmə tutur: Bəs sabah necə olacaq?
“Kopenhagen” məğlub edilməsə, nə deyəcək indi tərif söyləyənlər? Onda heç kim buranın Çempionlar Liqası, “Kopenhagen”in də zəif komanda olmadığını vecinə də almayacaq.
İndi “Qarabağ”ın düşərgəsində vəziyyət necədir, Qurban Qurbanov futbolçularını bu oyuna necə hazırlayır, bu haqda tam məlumatsızam. Amma öz canımda qorxu var. Və inanıram ki, bu qorxu çoxlarının canında var: Bu təzyiqin yükünü hər komanda götürə bilməz. Lissabonda qazanılan qələbənin yaratdığı təzyiq yıxacaq “Qarabağ”ı. Həftə ərzində hər şey quruldu: “Qarabağ” “Kopenhagen”ə qalib gələ bilməyəcək.
P.S. Və bir ümid işığı da var: “Qarabağı” bu aspektdə də düzgün qiymətləndirmirik. Belə “inamımıza” görə bizə yaxşı dərs də verə bilər “Qarabağ”. “Kopenhagen”ə qalib gəlməklə. Belə dərsi kim istəməz ki…
Natiq Muxtarlı
-
Cənubi Qafqaz14:50Seçki debatında Azərbaycana görə dava düşdü - Bu ərazilər niyə qaytarılıb?
-
Sosial13:25Prezidentin qızı və gəlini tamaşada - FOTOLAR
-
ABŞ12:53Maskdan şok etiraf: “X”-ni transgender qızına görə alıb, ABŞ-ı Harrisdən "xilas edib”
-
Dünya12:10“Qiyamət buzlağı”nın dağıdacağı 6 ölkənin adı açıqlandı
-
Dünya11:45Trampla Netanyahu arasında qalmaqal: Lənətə gəlmiş dəli, hamı sənə nifrət edir
-
Köşə11:26"Gələcək" artıq gəlib, bu ölkədədir
-
Nida Xəbər 10:24Fuad Çıraqova səfirlikdə vəzifə verildi
-
MDB09:54Ukrayna hər yeri mühasirəyə alıb: Krımda böhran yaşanır, Rusiya əlacsızdır























.jpg)









