Köşə
122 minlik qızılın altında əzilən sənət: Kimdir müqəssir?
Qızıllarımı evdə hara qoyduğumu özüm də bilmirəm. Ara-sıra toylara gedəndə qayınanam xatırladır ki, gəlin qızılsız toya getməz. Məcbur olub taxıram, amma evə qayıdan kimi ilk işim onlardan canımı qurtarmaq olur. Qızıl-zinət əşyaları gərəksiz deyil. Bəzən geyimə incəlik qatır, gözə xoş görünür. Amma kilo-kilo qızılı taxıb nümayiş etdirmək mənə görməmişlik kimi gəlir...
Yeri gəlmişkən, qeyd edim ki, ötən gün Zaur Nəbioğlunun verilişində Təranə Musayevanın üzərindəki qızılların qiymətini hesablamaq üçün zərgər dəvət edilmişdi. Zərgərin hesablamasından sonra məlum olub ki, müğənni efirə gəlmək üçün 122 min 620 manat xərc çəkib.
Azərbaycan xalqının böyük əksəriyyəti orta təbəqədən ibarətdir. İnsanlar gündəlik çətinliklər içində çalışır, evə qayıdanda televizor qarşısında azacıq rahatlıq tapmaq istəyirlər. Müğənnilərin gözəl ifaları ilə ruhlarını dincəltməyi arzulayırlar. Amma bunun əvəzinə ya bahalı geyimlərin, ya da yüz minlik qızılların nümayişinə şahid olurlar.
Bu aydan o aya borcla çıxan tamaşaçı, Təranənin 122 min 620 manatlıq qızılına baxanda hansı hissləri keçirir? Reytinq xatirinə bunları efirə çıxaranlar anlamalıdırlar ki, tamaşaçıya müğənninin qızılları yox, səsi, musiqisi, yəni varsa, sənəti lazımdır.
Bu, hələ səsi və mahnısı elə də dəyərli olmayan adi bir müğənninin üzərində gəzdirdikləridir. Gör indi üzdə görünməyən neçə milyonları var. Bu pullar haradan gəlir? Əlbəttə ki, kasıb təbəqənin şad günlərində verdiyi minlərlə manat qonorarların hesabına əldə olunub.
Kimdən soruşsan, belə müğənnilərin “səsi yoxdur, zövqü korlayırlar” deyir. Amma elə həmin insanlar toylarına 5-10 min verib onları dəvət edirlər. Bütün bunlardan sonra evində ailəsinin min bir zəhmətlə qazandığı pulu ayın sonuna çatdıra bilməyən bir gənc, Təranənin yolunu seçsə, buna təəccüblənməyə haqqımız qalırmı?
O halda kimdir müqəssir? 120 minlik qızılı ilə efirə çıxan Təranəmi? Onu reytinq xatirinə efirə dəvət edən Zaur kimilərmi? Yoxsa cibindəki son qəpiyi də verib belə müğənniləri toyuna gətirən elə biz özümüzükmü?..
Gülnar Süleymanova
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək




















.jpg)








