Köşə
Abubakarın “Neftçi”yə transferində Adnan Əhmədzadə izi
Vensan Abubakar – Avropada bir adlı-sanlı komandada futbol oynayıb – “Portu”da. 6 ildə 36 qol vurub. İldə təxminən 6 qol və iki Portuqaliya çempionluğu. Ondan sonra Türkiyə və Səudiyyə Ərəbistanı karyerası və iki Türkiyə çempionluğu. Yəni Avropa futbolunda ortabab oyunçu.
Ola bilsin, istedadlı olub, amma intizamsızlığı inkişafının qarşısını alıb.
Və artıq karyerasının qürub çağını yaşayır. Bu məqamda “Neftçi”yə keçməyə məcbur olur. Sözün əsl mənasında məcbur olur. Çünki artıq Avropada çempionatların qızğın vaxtıdır və Abubakarın üzünə də baxan yoxdur.
“Neftçi” yaxşı pul verirsə, deməli, çempionatın səviyyəsi önəm kəsb etmir. Və Abubakar Bakıdadır. Onun Azərbaycanda qazanacağı bəllidir. Futbolsuz qalmışdı, deməli, həm də pulsuz.
Bəs “Neftçi” nə qazanacaq və ya nəyə nail olacaq?
“Ağ-qaralar”ın rəhbərliyi transfer siyasətini dəyişib. Bir müddət bu plan üzrə hərəkət etdilər: “Qarabağ”dan ayrılan futbolçuları gətirdilər. Yəni “Qarabağ”da heyətə düşə bilməyən futbolçuları gətirib “Qarabağ”la rəqabət aparmaq istədilər.
Heç nə alınmadı, necə deyərlər, başları daşdan daşa dəydi. İndi isə taktika dəyişir: Azərbaycan çapında ulduz sayıla biləcək futbolçu gətirirlər. Bu “qoca ulduz”a təxminən 1 milyon avro məvacib verəcəklər. Yəqin ki, hədəf dəyişməyib: “Qarabağ”la rəqabət aparmaq.
Mümkündür? Qətiyyən. Oturuşmuş sistemi olan komandaya qarşı şou psixologiyası ilə qalib gəlmək mümkün deyil. “Neftçi” bir dəfə belə şou xarakterli transferə əl atmışdı – Abubakardan daha nüfuzlu futbolçu gətirmişdi – Emil Mpenzanı deyirəm. 31 oyunda cəmi 6 qol vurdu. Ətəyini doldurub getdi Azərbaycandan. Əli ətəyindən uzun qalan isə “Neftçi” oldu.
Ababukarın transferi “Neftçi”də müəyyən zaman kəsiyində “yüksəliş” yarada bilər, sonra isə çöküş başlayacaq. Çünki bu transfer balansı köklü şəkildə pozur. Hər kəs Abubakardan oyunların taleyini həll etməyi tələb edəcək, alınmasa, narazılıqlar başlayacaq. “O, niyə 2 milyon manat məvacib alır” sualını verməyə başlayacaq digər futbolçular.
Təkcə “Neftçi”yəmi təsir edəcək bu transfer? Yox, şou-transfer ümumilikdə Azərbaycan futbolunda da nizamı poza bilər. Onun məvacibindən xəbər tutan “Qarabağ”lılar da düşünməyə başlaya bilərlər: Biz ÇL-də oynayırıq, amma Abubakardın iki dəfə az qazanırıq.
Ciddi fəsadlar yaradacaq Abubkar Azərbaycan futbolu üçün. Bunu bir növ Türkiyəsayağı şou da adlandırmaq olar. “Neftçi” Türkiyə klublarının yolu ilə gedir. Görünür kluba təsir imkanları olan türklərin layihəsidir bu. Ya da, Azərbaycanın milyonlarını verib Messini, Suaresi Bakıya gətirən Adnan Əhmədzadənin ideyasının davamıdır.
“Neftçi”yə nəzarət edən şəxslər dost olublar Adnanla. Düşüncələri, baxışları eynidir, deməli, Adnansayağı ideya da cəlb edə bilər onları.
“Neftçi” Abubakarı transfer etdi. Amma hazırda “Neftçi”nin futbolçu transferinə ehtiyacı yox idi. Komandanın idarəçi transferinə ehtiyacı var, peşəkar, sağlam düşüncəli idarəçi. Adnan Əhmədzadə düşüncəsində olanlar isə ancaq şou yarada bilərlər. Amma bunların şousunda da cəlbedicilik yoxdur: bəsitdir, çox bəsit.
Natiq Muxtarlı
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək
-
Magazin231 Mart 20:48Məşhur aktrisanın arxiv fotosu təəccübləndirdi -












.jpg)




















