Köşə
Elman Nəsirovun etirafı - “Ramiz Mehdiyev olayı” kölgədə qaldı
Hazırda ölkə gündəmini zəbt edən əsas iki məsələ var ki, onlardan biri Ana Vətən Partiyasının (AVP) sabiq sədri və keçmiş millət vəkili Fəzail Ağamalının oğlu ilə qızı arasında yaşanan qalmaqal, digəri isə Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirovun qızının atası ilə bağlı yaydığı videodur.
Bu iki mövzunun “Ramiz Mehdiyev olayı”nı bir qədər kölgədə qoyduğunu desək, yəqin ki, yanılmış olmarıq. Kim bilir, bəlkə də bu, elə gündəmi dəyişmək üçün hesablanıb...
Xülasə, Günay Ağamalı ilə qardaşı Elçin Ağamalı arasında AVP sədrliyi uğrunda gedən mübarizəyə toxunmadan keçək sinəsinə döyərək iqtidarın təbliğatçısı rolunda çıxış edən Elman Nəsirovla bağlı məsələyə.
Sözügedən qalmaqalla bağlı Baku TV-yə danışan siyasi elmlər doktoru Laləzər Əliyevanın müraciətini gündəmə gətirdiyinə görə mətbuatı ittiham edib. Halbuki qızı ilə arasında yaşananları məişət zəminində baş verən hadisə kimi xarakterizə edən deputat özünə haqq qazandırmağa çalışarkən siyasi səhvə yol verdiyinin fərqinə belə varmayıb.
Belə ki, qızının evlə bağlı heç bir probleminin olmadığını qeyd edən Nəsirov vətəndaşlara xitabən “Siz özünüz yazıqsınız, kirayələrdə qalırsınız. Gedin, öz dərdinizi çəkin”, - deyə bildirib. Bununla da iqtidarın ən fəal təbliğatçısı roluna iddia edən şəxs dolayı yolla ölkənin sadə vətəndaşlarının yazıq, çarəsiz durumda olduğunu, əhalinin maddi vəziyyətinin mənzil almağa imkan vermədiyini bəyan etmiş olub. Əslində bunu Elman Nəsirovun etirafı kimi də dəyərləndirmək olar...
Vazeh BƏHRAMOĞLU
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi


















.jpg)













