Köşə
Şahruddin Qurban Qurbanova qarşı üsyan qaldırdı
“Qarabağ”ın və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Fransa ilə oyundan sonra üsyan edib.
Məhəmmədəliyev azərbaycanlı futbolçuların klublarda oynamadığını bildirib və bundan sonra vəziyyətin daha da pis olacağını iddia edib. O, legioner limitinin ləğvinə qarşı çıxıb, yerlilərin imtiyazlarının olmasını vurğulayıb.
Şahruddin haqlıdırmı?
Hazırda “Qarabağ”ın əsas qapıçısı polyak Mateuş Koxalskidir. Çox etibarlıdır. Amma bir neçə ilə əvvəl əsas qapıçı Şahruddin idi. Neçə qapıçı idi? Az qala hər oyunda “quş buraxırdı”. Bütün ölkə Şahruddinə görə Qurban Qurbanovu qınayırdı.
Qurban Qurbanov isə israrla ona şans verirdi. Verirdi ki, inkişaf etsin. Etdimi? Yox. Və Qurban Qurbanov məcbur qalıb qapını legionerə tapşırdı.
Şahruddin Türkiyəyə üz tutdu. Orada da da “quş buraxmağa” davam etdi. Türklər geri qaytardılar. İndi gəlib “Qarabağ”da Koxalskinin kölgəsində kölgələnir. Qurban Qurbanov məhz milli amilini nəzərə alaraq onu çempionat oyunlarında meydana buraxır. Çempionat oyunlarında təzyiq az olduğu üçün Şahruddinin “quş buraxmaq” ehtimalı az olur. Amma yenə də “quşlayır”.
Adam, sənə nə qədər şans verilməlidir ki, inkişaf edəsən? "Qarabağ"dan legionerləri götürsək, bu komanda Avrokuboklarda harada olar?
Elə ilk mərhələdə mübarizəni dayandırar. Azərbaycanda uzun illər legioner limiti olub, yerli futbolçular imtiyaz sayəsində daim meydana çıxıblar. Amma hansı biri inkişaf edib?
Şahruddin “İmişli”ni misal çəkib, deyib ki, yeni yaranan klubdur, amma legionerlərə üstünlük verir.
“İmişli” legionerlərə yox, yerlilərə güvənsə, çempionatda sonuncu pilləni tutacaq. Bu aksiomadır. Azərbaycanda hətta “İmişli”nin legionerləri səviyyəsində də yerli futbolçu yoxdur.
Ona görə də, azərbaycanlı legionerlər xaricə gedə bilmirlər. Gedən bir iki nəfər də daim ehtiyatda qalır. Zəifdirlər, zəif.
Şahruddin kimə üsyan edir? Böyük ehtimalla, Qurban Qurbanova. Adam, yəqin ki, “Qarabağ”ın ehtiyat qapıçısı statusu ilə barışmır və o dərəcədə qəzəblidir ki, Qurban Qurbanovun da üzünə ağ olur.
O Qurbanın ki, elin qınağına baxmayaraq uzun illər Şahruddinə şans verdi. Şans verdi, xalqı ürək ağrısına saldı.
Qurban Qurbanov üsyankarı vaxtında cəzalandır. Yoxsa təxribat ardınca təxribat törədəcək.
Natiq Muxtarlı
-
MDB09:36Ukrayna Nijnekamskı vurdu - 2 ölü, 12 yaralı var
-
Avropa09:27Almaniya dağılır? - Baş nazir "böhran yaşanır" dedi
-
MDB09:18Paşinyan göldə hamam xalatı geyinən yeganə insandır - Kazaryan
-
Dünya09:00Modi həmkarlarını görün nələrə qonaq etdi
-
Region08:48Türkiyədə toydan qayıdanlar qəza düşdülər - Çox sayda yaralı var
-
Avropa07:30Bu il Ukrayna iqtisadiyyatına görün nə qədər zərər dəyəcək - RƏQƏMLƏR
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Region06:16“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - VİDEO






























