Köşə
Jurnalistika təkcə peşə deyil, vicdan və sevgi işidir
Bəzi insanlar həyatın qısa olduğunu, bu fani dünyadan rəhmətdən, təmiz addan başqa heç nə apara bilməyəcəklərini unudurlar. Elə adamlar var ki, bütün enerjilərini başqasının qazancını saymağa, kiminsə irəli getməsinin qarşısını almağa sərf edirlər. Bu qəbildən olanlar kiminsə bir az irəli getdiyini görsələr, nə yolla olursa-olsun onun yolunun üstündə “qaratikan kolu” olmağa hazırdırlar. Halbuki həmin vaxtı öz inkişaflarına, hansısa peşəyə sərf etsəydilər, bu gün özləri də nəyəsə sahib ola, uğur qazana bilərdilər.
Mənim jurnalistikaya gəlişim tam təsadüfi olub. Uşaqlıqdan şeir yazırdım, indi də gündəmdə baş verən hadisələri izləyib mövzu işləyə bilirəm, az da olsa köşələrim var. Uşaqlıqda həmişə “diktor olacağam” deyirdim, amma iş elə gətirdi ki, bu sahəni oxumadım. Yəni, qeyd etdiyim kimi jurnalistikaya gəlişim təsadüfi olub. İlk illər çox çətin keçdi, amma bu işi sevdiyim üçün heç vaxt həvəssiz olmadım, gecə-gündüz çalışdım, qazancım az olsa da davam etdim.
Artıq on ildən çoxdur ki, bu sahədəyəm, amma bu gün də özümü jurnalist saymıram. “Arada kiməsə ev verdilər, sənə də verəcəklərmi? Kimlərsə mükafat aldı, sən niyə almadın?”- deyə soruşanlara mənə aid deyil deyirəm. Həmişə istəmişəm ki, hər hansı mükafat layiq olana, sahənin doğrudan da peşəkarına verilsin.
Son illər isə bir şeyi daha aydın görürəm. Bəzi sahələr təkcə oxumaqla öyrənilmir. Onları anadangəlmə sevmək, işinə dəyər vermək, vicdanla çalışmaq lazımdır. Anladım ki, ancaq jurnalistika fakültəsini bitirməklə jurnalist olmursan. Diplomunu alıb hər qələm və klaviaturanı əlinə alan jurnalist sayılmır. "Jurnalist həyasız olmalıdır" fikrini kim işlədibsə, onu tapıb edam etmək lazımdır. Çünki jurnalistika ən incə, ruh, duyğu və başlıcası vicdan tələb edən sənətdir. Bu sahəyə dürüst, özünə, peşəsinə və həmkarlarına hörmət edən insanları cəlb etmək lazımdır. İlk fürsətdə həmkarını sosial şəbəkələrdə linç etmək isə nə jurnalistə, nə də kişiyə yaraşır. Həqiqi jurnalist işinə hörmət edir, insanlıq dəyərlərini unutmur və hər addımını vicdanla atır.
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın



















.jpg)













