Köşə
Səni öldürə bilmədik, Nəriman
Az qala 10 min km məsafə qət edib Azərbaycana futbol oynamağa gələn istənilən oyunçu hörmətə layiqdir.
Futbol rəqabətdir. Deməli, həmin futbolçu rəqabətdən, mübarizədən qorxmur ki, deyək ki, Kabo-Verdedən Azərbaycana gəlir. Həm ölkəsini təmsil edir, həm də pul qazanıb ailəsini saxlayır.
Necə hörmət etməyəsən ona?
Və o cümlədən, hətta Nepal çempionatında da oynayan azərbaycanlı futbolçu hörmətə layiqdir.
Biz onu öldürə bilmədik: asdıq, güllələdik, təhqir etdik, ələ saldıq. Amma o, sağ qaldı. Nəinki sağ qaldı, futbol oynamaq üçün okeanı adlamaq cəsarəti də tapdı.
Etiraf edək: böyük iradə lazımdır bunun üçün. Nərimanı deyirəm. Bizim “linçetmə əməliyyatı”ndan sağ çıxan adamı.
İndi hər şey fərqlidir: Biz artıq onu öldürməkdən vaz keçdik. İndi ona dəstək lazımdır. İstənilən ölkədə, hətta Nepalda, Kambocada da futbol oynamağa gedən azərbaycanlı bu dəstəyi haqq edir.
MLS isə asan liqa deyil. Orada çox güclü rəqabət var. Orada ulduzlar var.
Biz səni öldürə bilmədik, Nəriman. Qurtuldun əlimizdən, bundan sonra ancaq dəstək görəcəksən bizdən.
Okeanın o tayında diri qal, diri oyna. Messiyə yox, sənə azarkeşlik edəcəyik.
Natiq Muxtarlı
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək




























