Köşə
Qubalılar “İmişli”nin oyununda stadionu niyə doldurdular?
Qubada keçirilən “İmişli” – “Qarabağ” oyununda stadion dolu idi. Bəs bu qədər azarkeş “İmişli”nin əvvəlki oyunlarında harada idi, niyə onlar digər komandalarla qarşılaşmada stadiona gəlmirdilər.
Sualın cavabı çox sadədir: Qubaya komanda gəlmişdi. “Qarabağ” gəlmişdi. Deməli, azarkeş nəyin necə olduğunu bilir. Deməli, azarkeş “Qarabağ”ı dəyərləndirir, onun brend olduğunu qəbul edir. Deməli, “Qarabağ” artıq bütün ölkədə “işıq mənbəyi”dir.
Amma bir sual da var axı: Niyə azarkeşlər “Qarabağ”ın Bakıdakı oyunlarında stadionda görünmürlər? Təbii ki, söhbət Azərbaycan çempionatının oyunlarından gedir.
Suala birmənalı cavab vermək çətindir: İnsanların sosial-iqtisadi durumu ağırdır? Bəs həmin azarkeşlər Avrokubok oyunlarına daha baha bileti necə alırlar? Axı Qubadakı azarkeşin sosial-iqtisadi durumu Bakıdakı azarkeşdən yaxşı deyil ki, pisdir.
Deməli, səbəb tam başqadır. Bakıda futbol ruhu yoxdur. Bu ifadədən qeyzlənməyə dəyməz. Hökmən deyil ki, bir ölkənin futbol ruhu mütləq paytaxtda olmalıdır.
Yox, Almaniyanın futbol ruhu Berlində deyil. PSJ-nin at oynatmağına baxmayın, Fransanın futbol ruhu Paris deyil. Heç İtaliyada da Romanı əsas futbol ruhu hesab edə bilmərik, Milan varsa.
Heç İngiltərədə də London yeganə futbol məbədi sayılmır, Mançester, Liverpul varsa. Barselona şəhəri olmasaydı, Madridin futbol ruhu çox sönük görünərdi.
Azərbaycanın futbol ruhu Gəncədə, Tovuzda, Qubada, Lənkəranda, Masallıda, Qazaxda, Mingəçevirdə, Şirvanda, Sabirabaddadır.
Azərbaycanda futbolun kütləviliyini artırmaq üçün yeganə yol onun regionlara yayılmasıdır. Azərbaycanda “Qarabağ” kimi bir neçə brend olmalıdır.
“Zirə”, “Sabah” kimi süni komandalar Bakıda qaldıqca, Azərbaycan futboluna zərrə qədər də töhfə verməyəcəklər. Onların keçmişi yoxdur, gələcəyi də olmayacaq.
İndi təsəvvür edin ki, “Zirə” elə Qubanı, “Sabah” da Lənkəranı təmsil edir. Necə bir rəqabət olar, ağzına qədər dolu stadionlarda?
Bakının bir komandası olmalıdır – “Neftçi”. İnanın, futbol onda kütləvilik qazanacaq, inkişaf edəcək.
Natiq Muxtarlı
-
ABŞ08:00Maskı tərk edənlər elə bir raket istehsal etdilər ki...
-
Ekologiya07:17Bu gün hava necə olacaq? - PROQNOZ
-
İdman06:46Olimpiya çempionları nişanlandılar - FOTO
-
Magazin106:16Emma Ələkbərzadə oğlu ilə belə rəqs etdi - VİDEO
-
Avropa05:156,5 min il əvvəl bəzək əşyasına çevrilmiş insan dişi aşkarlandı
-
MDB04:44Krasnodara PUA hücumu - 2 uşaq həlak oldu, çox sayda yaralı var
-
Səhiyyə01:11Bu vitamin yüksək dozada qəbul etdildikdə mücüzə baş verir
-
Qoroskop00:00Günün ULDUZ FALI - Uğur qazanmaq şansınız yüksəkdir











.jpg)





.jpg)










