Köşə
Tehrançı olmayın, heç olmasa, Təbrizli olun...
Təxminən üç il qabaq, dəqiqi, 2023-cü ilin yazında, lap dəqiqi, ilin 28 mayında bir qrup həmkar yığışıb Naxçıvana getməyimizi hələ də sentimental duyğularla xatırlayıram.
Səfər məcrasında və macərasında çoxlu romantik, mistik, realistik, etnoqrafik və sair və başqa, çox və çox yaşantıların olduğunu indi sadəcə təfərrüatsız, yalnız informativ şəkildə qeyd eləməklə kifayətlənim.
Təkcə "əzəl başdakı", başlanğıcdakı bir nüansı deyəcəm: hərəsi ölkənin bir bölgəsindən olan biz beş nəfər bir naxçıvanlı dostumuzun iltifatı sayəsində universitet yataqxanasında məskunlaşdıqdan dərhal sonra axşamüstü, əsr zamanında şəhərə çıxdıq, getdik, getdik, getdik və qəfil axşamın gecəyə keçməkdə olan zil qaranlığında ildırımlı-şimşəkli (Naxçıvanda göy çox bərk guruldayırdı!) çovğuna düşəndə sığınmalı olduğumuz restoranın adı "Nuh yurdu" oldu, özümüzü Nuh gəmisində hiss elədik.
Beş dostun - üç bacı, iki qardaşın, bir də Aylanın Naxçıvan səfəri belə başladı.
Batabatda, Duz dağında, Əshabi-Kəhfdə, Ordubadın və Elçibəyin Kələkisində, Unusda dağların və ağacların ziyarətindən qayıdandan sonra Naxçıvandan göyə (əlbəttə, təyyarədə) qalxanda, hələ onda etiraf eləmək istədiyimi indi yazmaq zorundayam - illərlə yığılmış neqativlərin hamısı, hamısı yuyulub getmişdi.
Naxçıvan nə deməkdi?
Naxçıvan ən çox dağlar, ondan çox ağaclar, ondan da çox adamlar deməkdi. Da(ğ)şlar, ağaclar, adamlar - orada təxminən eyni şeydi.
İnanmağınızı istərdim: Bakı, Şəki, Şamaxı, Şuşa tam, mükəmməl, bütöv Şimali Azərbaycan deyil. Sayılmır, ola bilməz. Bura Naxçıvanı qatmaq lazımdı. Mütləq!
Bəs Təbriz?..
Qismətə bax, bu yazının geniş variantını mən onda, 2023-cü ilin iyununda yazmalıydım, hansı səy, yaxud aşırı müdrik futurist bu yazının İrandan Naxçıvana dron hücumu olandan sonra, 2026-cı ilin martında yazılacağına proqnoz verə bilərdi?
Heç kim. Heç kimə alqış düşür.
Bilirsiz, nə demək istədim? Azərbaycanın ruhu onun hazırkı Coğrafiyasından çox böyükdü. Şəksiz, şübhəsiz.
Axmaqlar və sarsaqlar onu çox balaca sayırlar. Açıq və gizli itaətçilər kəkələyirlər, pəltəkləyirlər, nal və mıx, bığ və saqqal arasında vurnuxurlar, təqiyyə edirlər.
Vətən coğrafiya deməkdi, coğrafiya tale, tale - Allah.
Allahınız olsun, Tehrançı olmayın, heç olmasa, Təbrizli olun!
Qurban Yaquboğlu
-
Ekologiya07:17Bu gün hava necə olacaq? - PROQNOZ
-
İdman06:46Olimpiya çempionları nişanlandılar - FOTO
-
Magazin106:16Emma Ələkbərzadə oğlu ilə belə rəqs etdi - VİDEO
-
Avropa05:156,5 min il əvvəl bəzək əşyasına çevrilmiş insan dişi aşkarlandı
-
MDB04:44Krasnodara PUA hücumu - 2 uşaq həlak oldu, çox sayda yaralı var
-
Səhiyyə01:11Bu vitamin yüksək dozada qəbul etdildikdə mücüzə baş verir
-
Qoroskop00:00Günün ULDUZ FALI - Uğur qazanmaq şansınız yüksəkdir
-
Rəsmi xronika23 Avqust 23:55Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - VİDEO












.jpg)




.jpg)











