Köşə
53 yaşda süni mayalanmanın acı sonu - Qadınlar niyə tək qocalmaqdan qorxur?
Keçən həftə 53 yaşlı qadının dünyasını dəyişməsi xəbəri məni çox sarsıtdı. Açığı, sarsıntım təkcə qadının ölümünə görə deyildi. Ölüm artıq adiləşib. İnsanlar getdiyi, oturduğu, danışdığı yerdə qəfil həyatdan köçürlər. 53 yaşında ölənlərə belə bəzən “artıq bir ömür yaşayıb” kimi baxılır.
Məni sarsıdan isə başqa məqam, həmin qadının süni mayalanma yolu ilə ana olmaq istəyi və bu yolda həyatını itirməsi oldu.
53 yaşlı qadın əkiz uşaqlara hamilə qalmışdı. Hamiləliyin 34-cü həftəsində körpələr dünyaya gəldi. Lakin qeysəriyyə əməliyyatından bir neçə saat sonra qadının vəziyyəti ağırlaşdı və onun həyatını xilas etmək mümkün olmadı.
Mənim anamın anası 33 yaşında artıq nənə idi. 9 övlad böyütmüşdü. 53 yaşında isə nəticələri var idi. Yəni o yaş, əslində, həyatın başqa mərhələsidir. Demək istədiyim odur ki, 53 yaşında qadın artıq ömrünün böyük hissəsini yaşamış sayılır.
Müşahidələr də göstərir ki, 30 yaşdan sonra hamiləlik 20-25 yaşla müqayisədə daha çətin keçir. Bu yaşdan sonra risklər artır, problemlər çoxalır. Bəs 53 yaşında ilk dəfə hamilə qalmaq? Bu, artıq təkcə arzu deyil, ciddi riskdir.
Təbii ki, hər qadın ana olmaq istəyir. Bu hissləri yaşamaq arzusu tam başadüşüləndir. Amma bəzən olmur. Hər şeyin bir zamanı var.
Şair demişkən:
Nəyimə gərəkdir vaxtı keçəndə,
Göydən qızıl yağdır, ləl-əla dünya...
Ana olmaq arzusu müqəddəsdir. Amma bunu reallaşdırmağa çalışarkən insan öz həyatını təhlükə altına atmamalıdır.
Biz çox vaxt “ana olmaq hər qadının haqqıdır” deyirik. Amma heç kim “uşağın ana ilə böyümək haqqı var” demir.
Deyək ki, bu qadın çox istəkli idi. Bəs ona süni mayalanma tətbiq edən həkimlər nə düşünürdü? Bu yaşda hamiləliyin təhlükəli olduğunu, həyatının risk altında olacağını izah edən olmadımı? Yoxsa 5-6 min manat qazanc xatirinə yaş faktoru və mümkün fəsadlar gözardı edildi?
Mənə elə gəlir ki, “mütləq valideyn olmalıyam” düşüncəsi daha çox bizim cəmiyyətə xasdır. İnsanlar tək yaşamaqdan, tək qocalmaqdan qorxurlar. Amma dünyaya gətirilən körpələrin gələcəyi barədə eyni həssaslıq hər zaman göstərilmir.
İndi iki körpə anasız, taleyin ümidinə buraxıldı. İndi iki körpə tək yaşayacaq. Buna yaşamaq deyilərsə...
Gülnar Süleymanova
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək




























