Köşə
Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
Başımız qarışıb ABŞ-İran müharibəsində “vuruşmağa”, bir də xəbər tutduq ki, Rövşən Nəcəfin AFFA prezidenti “seçilməsi”ndən iki il ötür.
İki il az deyil ha, bir igidin ömrüdür. Futbolda iki ildə çox iş görmək olardı. Bəs Rövşən Nəcəfin komandası hansı işi görüb bu iki ildə?
Mənim xatırladığım bir iş var: əcnəbilərə 5 milyon manat verib “Azərbaycana futbolun inkişaf strategiyası”nı yazdırıblar. Bəs haradadır o strategiyanın nəticəsi? Hələ ki, toz altındadır. Yəqin ki, etibarlı yerdə, AFFA-nın baş katibi Cahangir Fərəcullayevin otağındadır.
Ümid edirəm ki, hərdən tozunu alır o strategiyanın. Və bir də, Rövşən Nəcəfin “seçilməsi”nin iki ili tamam olanda elə bu Cahangir Fərəcullayev şok açıqlama verdi.
Yəqin ki, başımız ABŞ-İran müharibəsinə qarışmasaydı, cəmiyyətimiz silkələnərdi bu açıqlamadan.
Nə deyib Fərəcullayev? Deyib ki, bəzi yaş qrupları üzrə millilərə tapşırıqla futbolçu çağırırlar.
Bizim həmişə dediyimiz deyib Fərəcullayev. Amma bizim dediyimizin AFFA rəsmisi tərəfindən etiraf edilməsinin özü dəhşətdir. 10 ballıq zəlzələ effektinə bərabərdir bu etiraf.
Ancaq sual yaranır: Fərəcullayev kimdən kimə şikayət edir? O milli komandalara baş məşqçiləri kimlər təyin edib? Kimlərin kadrlarıdır onlar? Məsələn, sayını itirmişəm, az qala 11 yaş qrupu üzrə millilərə bir adam – Aqil Nəbiyev rəhbərlik edir. Niyə? Nə səbəbə? Tapşırığı yaxşı yerinə yetirdiyi üçün? Cahangir Fərəcullayev “millilərə tapşırıqla oyunçular çağırırlar” sözünü elə deyir ki, elə bil günahkar xalqdır. Elə bil, Nəbiyevi bütün yaş qrupları üzrə millilərə baş məşqçi xalq təyin edib.
O məşqçilər sizin kadrlarınızdır, sizlərin göstərişi ilə təyin olunublar, cənab Fərəcullayev. Onlara sifarişi də ancaq sizlər verə bilərsiniz. Millilərə tapşırıqla futbolu çağırılırsa, bu tapşırıq məhz AFFA-dan verilir.
Kadr sizindir, tapşırıq da sizdən gəlir. Belə etiraflarla başımızı qatma, Cahangir müəllim. Bizim qlobal problemlərimiz var, onları həll etməliyik. ABŞ-a İrana qalib gəlməyin, İrana ABŞ-ı məhv etməyin, İsraili yer üzündən silməyin yolunu göstərməliyik.
Hələ Rusiya-Ukrayna müharibəsi də var, onu da həll etməliyik.
Amma hərdən o strategiyanı vərəqlə, tozunu sil, yoxsa kiflənər. Heyfdir axı, 5 milyon pul verilib ey.
Natiq Muxtarlı
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
-
Nəqliyyat12 May 19:48Daha bir müntəzəm marşrutun avtobusları yenilənir

















.png)














