Köşə
AFFA prezidentinin gicgahına tuşlanan silah: Tətikdə kimin barmağıdır?
AFFA prezidenti Rövşən Nəcəf PFL-in ləğv ediləcəyi və ya fəaliyyət dairəsinin daraldılacağı ilə bağlı şayiələrə münasibət bildirib.
Həmişə belə olur: Əvvəlcə şayiə yayırlar, sonra reallaşdırırlar.
Rövşən Nəcəf bu şayiəyə birmənalı cavab verməyib. Amma eyham vurub ki... Yəni PFL-in işini tərifləməyib. Baxmayaraq ki, özünün də dediyi kimi, PFL elə AFFA-nın ona ötürdüyü səlahiyyətləri icra edir. Amma icra edir, iş görür. Düzdür, çatışmazlıqlar da var, olmalıdır da. Ancaq AFFA-nın gördüyü işin yanında işdir ha PFL-in gördüyü iş. Yəni əslində bu səlahiyyətləri icra etməklə AFFA-nı tənqidlərdən xeyli qoruyur, xilas edir PFL.
Allah eləməsin, PFL-in səlahiyyətlərini elə AFFA özü icra etsəydi, indi Azərbaycan çempionatının təşkilində zibil zibilə qarışmışdı.
Və belə vaxtda kimsə Rövşən Nəcəfə deyir ki, PFL-i ləğv etmək lazımdır, onun gördüyü işi elə AFFA da görər.
Deyəsən, Rövşən Nəcəf də buna inanıb. Adamın AFFA-nın gördüyü işdən xəbəri yoxdur axı. Məsələn, biri hakimlik problemi.
Bir neçə ildən sonra Azərbaycan futbolunda da Türkiyədəki durum yarana, “qumar əməliyyatı” keçirilə, Rəhim Həsənovun, Əliyar Ağayevin videoları da yayıla bilər.
Hakimliklə bağlı indi baş verənlər buna dəlalət edir. Budur AFFA-nın gördüyü iş.
Kimsə Rövşən Nəcəfə deyib ki, PFL-in də işini görə bilərik, hakimlikdəki iş kimi. Bu, gicgaha dirənmiş silahdır.
PFL ləğv edilsə, Azərbaycan liqalarının təşkilində xaos yaşanacaq. Niyə? Çünki AFFA rəhbərliyində olanlar diletantlardır, onlar bu işin yükünü çəkə bilməzlər. Onlar heç vaxt peşəkarlarla işləmirlər, işləməzlər.
Yəni hər kəs özünə bab kadr toplayır əhatəsinə. AFFA prezidenti PFL-in dağılıb-dağılmayacağına birmənalı münasibət bildirmədi. Bildirmədisə, deməli, dağıdacaq.
PFL dağılsa, xaos başlayacaq və sonra nə baş verəcək? Rövşən Nəcəf amansız təzyiqlə üzləşəcək. Tənqidin dozası xeyli artacaq. Hədəf birbaşa Rövşən Nəcəf olacaq. Bunu kim edir? Kimin ideyasıdır bu?
Artıq kimsə silahı dirəyib onun gicgahına. Tətikdə kimin barmağıdır? O şəxs bəllidir. Futbol təsərrüfatına ötəri nəzər salsanız, onu hər yerdə görərsiniz.
Natiq Muxtarlı
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək




























