Köşə
Ərəb ola bilməyən Rövnəq Abdullayev, Rövşən Nəcəf...
DÇ-2026-nın qızğın vaxtında ərəb turistlərin Bakıya axını zamanı azərbaycanlıların etdikləri şikayətlər yadıma düşdü. Ərəblərin pintiliyindən, qabalığından, nə bilim, daha nələrdən şikayət edir, hətta onların Azərbaycana buraxılmamasını istəyirdik.
Yaxşı, futbolun buna nə dəxli var? DÇ-2026-da çıxış edən Səudiyyə Ərəbistanı qrup mərhələsini adlaya bilmədi. Bundan dərhal sonra Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasər Əl-Mishal istefa verdi. Baxmayaraq ki, Səudiyyə Ərəbistanın DÇ-də iştirak etməsi belə böyük uğur sayılmalıdır. Amma Yasər Əl-Mishal belə düşünmür: “Milli komandanın Dünya Kubokunun növbəti mərhələsinə yüksələ bilməməsi bütün ambisiyalarımıza zidd olan bir nəticədir. Bunun üçün tam məsuliyyəti öz üzərimə götürürəm və komandamızı daha yaxşı vəziyyətdə görmək ümidi ilə yaşayan hər kəsdən üzr istəyirəm.
Məsuliyyətin yeni bir mərhələ üçün fürsət yaratmağı tələb etdiyinə inandığım üçün istefaya getməyə qərar verdim”.
Yadıma Rövnəq Abdullayevin AFFA prezidenti olarkən verdiyi vəd düşdü: “Məqsədimiz 2016-cı ildə keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak etməkdir”.
Azərbaycanda futbolun inkişafı ilə bağlı 2005-2015-ci illəri əhatə edən Dövlət Proqramının nəticəsi olmalı idi Avro-2016-da iştirak. Milyonlar xərclənmişdi o proqrama.
Amma iştirak edə bilmədik Avro-2016-nın final mərhələsində. Heç DÇ-2018-ə də gedə bilmədik. Bakının da ev sahibliyi etdiyi Avro-2020-də də yox idik.
Siz Rövnəq Abdullayevin buna görə istefa verdiyini gördünüz? Axı adam söz vermişdi, məsuliyyət hiss etməli idi. Nəinki istefa verdi, heç üzr də istəmədi.
İndi AFFA-da Rövnəq Abdullayev yoxdur, hansısa bir postda oturub istirahət edir özü üçün. Onun yerini Rövşən Nəcəf tutub. Nə dəyişib? Heç nə. Yenə də yığmamız seçmə mərhələdə qrup sonuncusu olur. Yenə də uşaq futbolu bərbad durumda. Yenə də dövlətin futbola ayırdığı vəsait “yuyulur”. Artıq iki ildən yuxarıdır ki, Rövşən Nəcəf AFFA prezidentidir. Gördüyü iş hanı? Var. Belçikalılara 5 milyon verib “Futbolun inkişaf strategiyası”nı yazdırıblar. Toz basır AFFA-da o strategiyanı. Nə məsuliyyət var, nə üzr istəmək, nə də istefa vermək.
Ərəbə lağ etməyə lüzum yoxdur, ərəbdən öyrənəcəyimiz çox şey varsa...
Natiq Muxtarlı
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək




























