Köşə
Messini “öldürməyin” yeganə yolu budur
Divin canı şüşədə, onun canı topdadır. Topu ona verəcəksinizsə, başınıza nə gələcəyini proqnozlaşdıra bilməzsiniz. Ən yaxşı halda aqibətiniz İngiltərənin aqibəti olacaq.
İngilislər topu ona verəndə, özlərinin ölüm hökmünə qol çəkmiş oldular.
Top Messidədirsə, qarşısını almaq şansınız yoxdur. Sol ayaq işləməyəcək, sağ ayaq işə düşəcək. Sağ ayaq “kor” olacaqsa, başı ilə, baş da işə yaramasa dişi və dırnağı ilə vuruşacaq.
Top ondadırsa, onu məğlub etmək şansınız yoxdur.
Finalda Argentina İspaniya ilə qarşılaşacaq. Təkcə bir futbolçunu yox, bütöv komandanı 90 dəqiqə topsuz qoymağı bacarır İspaniya. Lənət şeytana, adamı indidən həyəcan basır. Meydanda əsl döyüş olacaq, taktik döyüşü.
İspanlar “canını almaq” üçün Messinin topu görməməsinə çalışacaqlar. Bunu necə bacaracaqlar? Axı argentinalılar də bir məqsədlə meydana çıxacaqlar: necə edək ki, top Messidə olsun.
Yazıq De la Fuente, yazıq Leonel Skaloni. Biri hansı taktikanı seçsin ki, Messi topsuz qalsın, digəri komandanı meydanda necə düzsün ki, top Messini tapsın?
Ağır final, ağır döyüş olacaq, çox ağır. İspanlar dünya çempionu olmaq üçün mütləq Messini “öldürməlidirlər”. Onu öldürməyin bir yolu var: canı topdadır. Topda. Argentinalılar topu və Messini qoruya biləcəklər? Ağır döyüş olacaq!
Natiq Muxtarlı
-
Avropa05:156,5 min il əvvəl bəzək əşyasına çevrilmiş insan dişi aşkarlandı
-
MDB04:44Krasnodara PUA hücumu - 2 uşaq həlak oldu, çox sayda yaralı var
-
Səhiyyə01:11Bu vitamin yüksək dozada qəbul etdildikdə mücüzə baş verir
-
Qoroskop00:00Günün ULDUZ FALI - Uğur qazanmaq şansınız yüksəkdir
-
Rəsmi xronika23 Avqust 23:55Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - VİDEO
-
Art23 Avqust 23:47Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO
-
Rəsmi xronika23 Avqust 23:36"Mirzə Uluqbəy adına məktəb dostluğumuzun və qardaşlığımızın rəmzidir" - VİDEO
-
Hadisə23 Avqust 22:12Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ


















.jpg)











