Fidan Qasımova mükafatını almağa gedir
Bizi izləyin

Magazin1

Fidan Qasımova mükafatını almağa gedir

Xuraman və Fidan Qasımova bacıları bir neçə gün sonra İngiltərəyə yola düşəcək. Publika.az xəbər verir ki, bu günlərdə dünyanın ən tanınmış ifaçısı kimi xüsusi diploma layiq görülən Fidan Qasımova mükafatlandırma mərasiminə qatılacaq.

Qeyd edək ki, F.Qasımova Böyük Britaniyanın Kembric Universitetinin tərtib etdiyi ensiklopediyada dünyanın ən tanınmış ifaçısı kimi xüsusi diploma layiq görülüb. Xalq artistimiz Azərbaycanın musiqi mədəniyyətində bu ali mükafata layiq görülən ilk və hələlik yeganə musiqiçidir.

Publika.az-a açıqlama verən Xuraman Qasımova bacısının uğuruna görə sevindiklərini və onunla fəxr etdiklərini bildirib.

Xatırladaq ki, Kembric Universiteti hər il dünyada araşdırma apararaq yüksək peşəkarlığı ilə seçilən şəxsləri mükafatlandırır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm