Əməkdar artist: “İndiki aparıcılar kimi şitlik eləmərəm”
Bizi izləyin

Magazin1

Əməkdar artist: “İndiki aparıcılar kimi şitlik eləmərəm”

Əməkdar artist, rejissor və aktyor, eyni zamanda vaxtilə aparıcı kimi fəaliyyət göstərən Nicat Kazımov aparıcılardan giley-güzar edib.

Publika.az-a açıqlama verən N.Kazımov dəvət alacağı təqdirdə yenidən aparıcılıq edəcəyini bildirib:

“Vaxtilə mən də aparıcılıq etmişəm, amma bu, mənim amalım olmayıb. Bununla belə yenidən dəvət alsam, imtina etmərəm. Amma indiki aparıcılar kimi şitlik eləmərəm. Əksər aparıcıların, nə peşəkarlıqları var, nə də danışıq tərzləri. Özlərində məsuliyyət hiss etmirlər. Başa düşmürlər ki, onları milyonlarla tamaşaçı izləyir və ən azı onlara hörmətlə yanaşmaq lazımdır. Elə bilirlər efir şəxsi mülkiyyətləridir”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm