Magazin1
Kino günü qeyd olundu-FOTOLAR
Nizami Kino Mərkəzində 2 avqust - Azərbaycan Kinosu Günü münasibətilə mərasim keçirilib. Tədbirdə tanınmış kino xadimləri iştirak edib.
Publika.az xəbər verir ki, kino işçilərinin peşə bayramı ənənəyə uyğun olaraq, yeni ekran əsərinin premyerası ilə yadda qalıb. Belə ki, Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “4.1 Şəhər motivləri” adlı kinoalmanax nümayiş olunub.
Kinoalmanax xarici ölkələrdə yaşayıb təhsil alan azərbaycanlı
rejissorların çəkdikləri 5 qısametrajlı filmdən ibarətdir.
Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi “Geniş baxış”
ssenari müsabiqəsinin qalibi olan kinolayihə əvvəlcə “Motivlər...”
adı ilə lentə alınıb.
“4.1 şəhər motivləri” almanaxına “Qonşu qadın” (rejissor Anar
Abbasov, operator Aleksey Şepilev), “20-ci mərtəbə” (rejissor
Teymur İsmayılov, operator Nadir Mehdiyev), “Dmitrov küçəsi ev 86”
(rejissor Cəfər Axundzadə, operator Əlişir Hamid Xocayev),
“Kədərim” (rejissor Rüfət Həsənov, operator Mixail Benkin) və
“Zabitin şərəfi” (rejissor Vüqar İslamzadə, operator Cabir Əliyev)
qısametrajlı filmləri daxildir.
Almanaxın redaktoru Yusif Şeyxov, prodüserləri Müşfiq Hətəmov və
İradə Bağırzadədir.
Layihənin quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri isə Azər Quliyevdir.
Tədbirdə bir qrup kino işçisi mükafatlandırılıb.
Cəvahir
Foto: Rəşad Abbasov
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"