Magazin1
Yeriniz görünür, Aydın Qaradağlı - əfsanəvi diktorun doğum gününə
Mərhum sənətkar Yaşar Nurinin gözəl bir sözü vardı, deyirdi ki, yaradıcı insanların iki ömrü olur: ölümünə qədər yaşanan və ölümündən sonra davam edən ömür. Belə insanların taleyinə əbədi ömür payı nəsib olur. Onlardan biri də Aydın Qaradağlıdır, onun səsi indi də yaşayır. Elə buna görə də mən onun barəsində keçmiş zaman şəkilçisində danışmıram.
Onu təsadüfən xatırlamadım, bu gün əfsanəvi diktor, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı Aydın Qaradağlının doğum günüdür.
1929-cu ildə Qubada anadan olan Qaradağlı məşhur ziyalı Həsənəliağa xan Qaradağskinin nəvəsidir.
Fəaliyyətinə Azərbaycan Milli Televiziyasında başlayan Aydın Qaradağlı yaddaşlarda məlahətli səs sahibi, eyni zamanda dilimizi yad ünsürlərdən qoruyan ziyalı kimi qalıb.
Azərbaycanda tanınmış diktorların əksəriyyəti məhz Aydın Qaradağlının diktor məktəbindən bəhrələnib. Bu gün də Aydın Qaradağlı fenomeni diktorlarımız tərəfindən araşdırılıb tətbiq olunmaqdadır.
1929-cu ildə dünyaya göz açdı, 1980-ci ildə cismən dünyadadan köçdü. Yəni, cismani ömrü o qədər də uzun olmadı, cəmi 50 il yaşadı. Amma ikinci ömrü hələ də davam etməkdədir. Hər dəfə Qızıl Fondda saxlanılan lent yazılarını dinlədikcə, bir daha məşhur diktorun məlahətli səsi ilə ovsunlanırıq. Onu eşidəndə istər-istəməz düşünürsən ki, insanları sehrinə salan Qaradağlı səsinə bu gün daha çox ehtiyac var. Hələ yerli telekanallarda şit, bayağı, məlumatsız, savadsız, hoppanıb-düşməklə, qonaqlarını pərt edib, utandırmaqla özünə reytinq qazanmağa çalışan aparıcıları görəndə adam lap xəcalət çəkir. Nə danışığının fərqindədir, nə hərəkətinin. Di gəl, danışanda ağızlarına çullu dovşan sığmır, özlərini uzman kimi qələmə verirlər.
Onları görəndə də istər-istəməz Aydın Qaradağlı və onun kimi diktorlar yada düşür. Belə səslərə ehtiyac hissi duyursan. Sonra da ürəyindən keçirirsən: Yeriniz çox görünür, Aydın Qaradağlı!
Cəvahir Səlimqızı
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb