Magazin1
Sehrli çubuğu olan Maestro... - VİDEO
Onu “sehrli çubuğu olan Maestro Niyazi” kimi tanıyırdılar. Bu çubuq onu nəinki Azərbaycanda, bütün dünyada məşhur eləmişdi. Onda olan qeyri-adi bacarıq insanları elə heyrətləndirirdi ki, bu möcüzəvi çubuğu daha yaxından görmək üçün onun ətrafına yığılırdılar.
Bu gün onun- milli musiqimizdə iz qoyan dünyaşöhrətli musiqiçi, SSRİ xalq artisti Niyazinin doğum günüdür.
Tanınmış bəstəkar Zülfüqar Hacıbəyovun ailəsində dünyaya göz açdığından mayestro hələ kiçik yaşlarından ətrafında məşhur xanəndələr görürdü. Bu da onun gələcəyinə, istedadının inkişafına təsir etməyə bilməzdi. Elə bu təsir nəticəsində formalaşan maraq onu Bakı Musiqi Texnikumuna aparıb. Sonradan təhsilini davam etdirmək üçün Moskva və Leninqrad şəhərlərinə üz tutub.
Niyazinin ifaçılıq fəaliyyəti daha çox Opera və Balet Teatrı ilə
bağlıdır. Uzun müddət teatrın dirijoru, bədii rəhbəri və baş
dirijoru olub. 1979-cu ildən isə Filarmoniyanın direktoru
vəzifəsində çalışıb.
O “Çitra” baletinə görə Hindistanda Beynəlxalq C.Nehru
mükafatına layiq görülüb.
Qeyd edək ki, dahi musiqiçinin ölümü də doğulduğu aya təsadüf edib. Belə ki, 1912-ci il avqustun 20-də Tbilisi şəhərində doğulan sənətkar 1984-cü il avqustun 2-də Bakıda gözlərini əbədi olaraq yumub.
Cəvahir
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO