Plastik əməliyyat etdirdi: Sertab Erenerin görünüşü hər kəsi heyrətləndirdi - FOTO
Bizi izləyin

Magazin2

Plastik əməliyyat etdirdi: Sertab Erenerin görünüşü hər kəsi heyrətləndirdi - FOTO

Bir müddətdir ekranlardan uzaq düşən Sertab Erener illər öncə yayımladığı “Mecbursun” mahnısını yenidən oxuyub və klip çəkdirib. Daha cavan görünmək üçün plastik əməliyyat etdirən Ereneri görənlər klipdə onu tanımaqda çətinlik çəkib.

Publika.az xəbər verir ki, güclü səsi ilə hər zaman adından söz etdirən 59 yaşlı Erenerin klipdəki dəyişikliyi sevənlərini heyrətə gətirib.

Əvvəlki açıqlamasında Telomer müalicəsi ilə 100 yaşa qədər yaşamağı hədəflədiyini söyləyən Erener daha gənc görünmək üçün estetik müdaxilələr edib. Üzü və göz ətrafı kifayət qədər gərgin görünən Ereneri görənlər onu Hülya Avşarla müqayisə ediblər.

Sertab Erenerin son görüntüsü və şərhlər...

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm