Habil Əliyevin vəfatı İran mediasını məyus edib
Bizi izləyin

Magazin1

Habil Əliyevin vəfatı İran mediasını məyus edib

Bir çox İranlı sosial media istifadəçiləri məşhur Azərbaycan kamança ifaçısının vəfatından məyus olduqlarını bildirib.

Habil Əliyevin sənəti İranda yüksək qiymətləndirilir. O, klassik fars musiqisinə yaxından bələd olmuş və uzun illər Tehranın konsert zallarında çıxış edib. İranın məşhur klassik musiqi ifaçısı Məhəmməd Rza Şəccarianla birgə səsyazmaları mövcuddur.

Səhhətinin pisləşməsi səbəbindən, Habil Əliyev 2009-cu ildə Tehranın Rudəki-Vəhdət konsert salonunda özünün simvolik “sonuncu konserti”ni vermişdi”.

Twitter istifadəçisi @Ehsan_iran65 onu bütün dövrlərin “misilsiz Kamança ifaçısı adlandırıb”. (https://twitter.com/Ehsan_iran65/status/641332923090771968)

5 sentyabrda, mühafizəkar Tasnim xəbər agentliyi, “Azərbaycanın görkəmli kamança ustası” Əliyevin komada olduğunu qeyd etmişdi. (http://www.tasnimnews.com/Home/Single/850192)

ABŞ-da yaşayan İranlı journalist Araş Siqarçi yazıb ki, “kamança onun beşinci balası idi [Əliyevin dörd uşağı var idi]”. (http://tinyurl.com/pry3ab4)

“Dünya incəsənəti canlı musiqi alətini itirdi… Bundan sonra kiminsə kamançanı onun [Habil Əliyev] kimi ifa edə biləcəyinə inamaq çox çətindir” Facebook istifadəçisi "Salamat Noori" yazır. (http://tinyurl.com/nrpok2o)

Digər Facebook istififadəçisi "Changiz Doustdar" öz dərin hüznünü bildirmiş və yazmışdır ki, “dünyanın kamança əfsanəsi susdu..” (http://tinyurl.com/ndkxbnn)

Digər istifadəçi "Umud Azerbaycan" Əliyevi “dahi musiqiçi” adlandırmış və onu Bethoven kimi sənətkarlarla müqayisə etmişdir. “Bütün türk dünyası onun itgisini dərin hüznlə qarşılayır...”, o əlavə edib. . (http://tinyurl.com/odanlvn)

GAMAC (Guney Azərbaycan Milli Azadliq Cəbhəsi) xəbər saytı onun vəfatı barədə yazarkən, Əliyevi “Şərqin kamançasının tanrısı” adlandırıb. Xəbərdə onun “Cənubi Azərbaycan” vurğunu olduğu da bildirilirdi.

“Mən kamançamı Təbrizdə qoydum. Bilirəm ki, [burada] kimsə mənim yolumu davam edəcək”, sayt Əliyevdən sitat gətirib. (http://tinyurl.com/pbt7o2f)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm