"Şubayın nişanlısı" fəxri ad aldı - FOTO
Bizi izləyin

Magazin1

"Şubayın nişanlısı" fəxri ad aldı - FOTO

Azərbaycanın Əməkdar Artisti Suğra Bağırzadə türk dünyası mədəniyyətinə verdiyi töhfələrə və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafındakı xidmətlərinə görə təltif edilib.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildiriblər ki, Əməkdar Artist Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Fəxri doktoru” adına layiq görülüb.

Qeyd edək ki, istedadlı aktrisa uşaqlıqdan həyatını incəsənətə bağlayaraq müxtəlif filmlərdə yaddaqalan obrazlar yaradıb. Belə ki aktrisa “Yollar və küçələrlə”, “Ulduz”, “Alma almaya bənzər”, “Tələ”, “Yuxu”, “Şir evdən getdi”, “Sonuncu şahid”, “Qəmbər Hüseynli” və s. filmlərdə bir-birindən maraqlı obrazları ilə tamaşaçı qəlbinə yol tapıb. Məşhur "Cücələrim" mahnısı da Suğra Bağırzadənin ifasında dillər əzbərinə çevrilib və bu istedadı onu doğma Azərbaycanın hüdudlarından kənarda da tanıdıb. Bütün bunlarla yanaşı, aktrisanın əvvəllər güllərlə işləmək həvəsi kimi başlanan hobbisi tədricən daha bir peşəyə keçid alaraq, güllərdən yaratdığı kompozisiyalar ona floraçı-rəssam şöhrətini qazandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm