AYB-dən xəbərsiz gedən Salam Sarvan: “Lazım gəlsə, bunu da edərəm”
Bizi izləyin

Magazin1

AYB-dən xəbərsiz gedən Salam Sarvan: “Lazım gəlsə, bunu da edərəm”

Tanınmış şair Salam Sarvan Azərbaycan Yazıçılar Birliyindən (AYB) getdiyini bildirsə də, AYB sədrinin müşaviri Rauf Aslanov bu barədə xəbərsiz olduqlarını deyib. Bildirib ki, şair bununla bağlı quruma nə yazılı, nə də şifahi məlumat verib.

Publika.az-a açıqlama verən Salam Sarvan quruma ərizə ilə müraciət etməməsini belə izah edib:

“Harda olub-olmamağım mənlikdir və bununla bağlı qərarı özüm verirəm. Qaldı ərizə məsələsinə, bunlar formal məsələlərdir. Lazım gələrsə, sabah ərizə də yazıb AYB-yə göndərərəm”.

AYB-dən xəbərsiz çıxması belə təsəvvür yaradır ki, Salam Sarvan kimdənsə inciyib?

Heç də belə olmadığını və heç kimdən incimədiyini deyən Salam Sarvanın cavabı belə oldu:

“Heç kimdən inciməmişəm, səbəbini də yazmışam. Yaşa dolduğum üçün bəzi yüklərdən azad olmaq istəyirəm. Vəssalam”.

Xatırladaq ki, bir müddət öncə, Salam Sarvan uzun illər fəaliyyət göstərdiyi Bakı Slavyan Universitetindəki vəzifəsindən də istefa verib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm