Ciddi gülüşün indi qəbul olunmadığını deyən aktrisa: “Tamaşaçı nə istəyirsə...”
Bizi izləyin

Magazin1

Ciddi gülüşün indi qəbul olunmadığını deyən aktrisa: “Tamaşaçı nə istəyirsə...”

Tamaşaçısı onu gülüş ustası kimi tanısa da, yaratdığı dramatik obrazlara görə fəxri ada layiq görüldüyünü deyir.

Kino və teatrda maraqlı rollar yaradan əməkdar artist Naibə Allahverdiyeva Publika.az-a komediya filmlərinin uğur qazana bilməməsinin səbəblərindən danışıb.

- Gənc aktyorların çəkildiyi filmləri, oynadığı obrazları bəyənirsiniz?

- Aktyorlar arasında istedadlı gənclər çoxdur. Ancaq işə yeni başlayıblar. Əvvəl istedadlı aktyorların arxasında duran var idi. İndi isə hər işi özləri görürlər. Arxası da, dayağı da özləridir. Ona görə də onları zəhmətkeşliyinə görə alqışlayıram.

- İndiki komediya filmləri sizi nə dərəcədə qane edir?

- Ciddi gülüşü qəbul etmirlər. Əvvəl deyirdilər ki, tamaşaçını öz arxanca aparmalısan. İndi isə elə bir dövrdür ki, sən tamaşaçının arxasınca gedirsən. Tamaşaçı nə istəyirsə, sən də onu edirsən.

- Ən çox bəyəndiyiniz gənc komediya aktyoru var?

- Fərda, Elməddin, Ənvər, Ələkbər, Müşviq ən çox bəyəndiklərimdir. Ən cavanı isə Naibə Allahverdiyevadır (gülür).

- Sizi tamaşaçı daha çox komediya aktyoru kimi tanıyır...

-(Sözümü kəsərək) İstənilən obrazı canlandıra bilirəm. Tamaşaçılar məni komik aktrisa kimi tanıya bilər. Amma taşaşalarımda yalnız dramatik obrazları canlandırmışam. Məhz dramatik rola görə “Əməkdar artist” adına layiq görülmüşəm. Dramatik rolda oynadığım obrazları tənqidçilər hər zaman yüksək qiymətləndirib. Xüsusən də, Əbdürrəhimbəy Haqverdiyevin “Pəri Cadu” əsərində yaratdığım obrazı.

- Bəs niyə sizi televiziya tamaşaçısı hər zaman komik obrazda görür?

- Məncə, bunun günahı rejissorlardadır. Rejissor aktrisanı hansı obrazda görürsə, həmişə eyni tipli obraza çağırır. Amma özümü dramatik aktrisa kimi daha uğurlu hesab edirəm.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm