Murad Boz Aynişanla duet oxudu - VİDEO
Bizi izləyin

Magazin1

Murad Boz Aynişanla duet oxudu - VİDEO

Aybəniz Haşımovanın qızı “O səs Türkiyə” musiqi yarışmasına qatılıb.

Publika.az xəbər verir ki, əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Türkiyənin ən məşhur musiqi yarışması olan “O səs Türkiyə”nin seçim turuna qatılıb.

Aynişanın qatıldığı verilişin anonslarını yarışmanın nümayiş olunduğu TV 8-in efirində görmək olar.

Reklam çarxından məlum olur ki, Murat Boz Aynişanın səsini bəyənir və onunla səhnədə duet ifa edir. Məlum olur ki, münsiflərin dördü də Aynişanın səsini bəyənib. Lakin Aynişanın seçimi anonsdan bəlli olmur.

Veriliş sabah Bakı vaxtı ilə 22:00-da TV 8-də nümayiş olunacaq.

Xatırladaq ki, Aynişan hazırda Türkiyədə təhsil alır və anası onun şou-biznesə qatılmayacağını bildirib.

Qeyd edək ki, Aynişan Quliyeva “Eurovision 2011”in seçim turunda iştirak edib və finalda məğlub olub.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm