Londonda Azərbaycanın böyük dostu yad olunub - FOTOLAR
Bizi izləyin

Magazin1

Londonda Azərbaycanın böyük dostu yad olunub - FOTOLAR

Londonda Azərbaycanın böyük dostu olmuş Fiona Maklaklanın xatirə gecəsi keçirilib.

Publika.az xəbər verir ki, xeyriyyə konsertindən əldə olunan vəsait Böyük Britaniyada xərçəng xəstəliyi ilə bağlı tədqiqatlara sərf olunacaq.

Londonda Müqəddəs Ceyms Kilsəsində baş tutan klassik musiqi gecəsi dirijor və violonçel ifaçısı Dmitri Yablonski, həmçinin bəstəkar, pianoçu və musiqi pedaqoqu, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin təqdimatında keçib. Hər iki musiqiçi Azərbaycanda keçirilən Qəbələ Beynəlxalq Musiqi festivallarının yaradıcısı və bədii rəhbərləridir. Fərhad Bədəlbəyli və Dmitri Yablonskini Fiona ilə şəxsi dostluq telləri bağlayırdı.

Açılış gecəsində israilli skripkaçı Janna Qandelmanın rəhbərliyi ilə ərəb və yəhudi musiqiçilərdən ibarət kollektiv çıxış edib. Fionanın ailə üzvlərinin, Fiona və Azərbaycanın dostları da daxil olmaqla 300 nəfərin iştirak etdiyi tədbiri Avropa Azərbaycan Cəmiyyəti (TEAS) təşkil edib.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter gecədə Fionanın Azərbaycan xalqına, onun qədim tarixinə, musiqisinə, incəsənətinə, təbiətinə, mətbəxinə valeh olduğunu bildirib:

“O, Azərbaycanın böyük müdafiəçisi və təbliğatçısı idi. Azərbaycanı dogma vətəni kimi sevirdi”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm