Nikita Mixalkovun yaradıcılıq gecəsi keçiriləcək
Bizi izləyin

Magazin1

Nikita Mixalkovun yaradıcılıq gecəsi keçiriləcək

Bakıda Rusiyanın xalq artisti Nikita Mixalkovun yaradıcılıq gecəsi keçiriləcək.

Publika.az xəbər verir ki, rusiyalı aktyor, kinorejissor və ssenarist dekabrın 4-də Heydər Əliyev Sarayında azərbaycanlı tamaşaçıları ilə görüşəcək.

Bu, rusiyalı kinorejissorun Azərbaycana sayca ikinci səfəridir. İlk dəfə o, bu ilin mart ayında gənc azərbaycanlı kinematoqraflara master klass keçmişdi.

Qeyd edək ki, Nikita Mixalkovun yaradıcılığı Azərbaycanda yüksək qiymətləndirilir. Rusiyalı kinorejissor Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə “Dostluq” ordeninə layiq görülüb.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm