Xatun: “Könül Kərimova məni qara siyahıdan çıxarıb”
Bizi izləyin

Magazin1

Xatun: “Könül Kərimova məni qara siyahıdan çıxarıb”

Müğənni Xatun həmkarı Könül Kərimovanın ona qarşı kininin qalmadığını bildirib.

Publika.az xəbər verir ki, Xəzər telekanalında qonaq olan müğənni həmkarı ilə gözəl münasibətdə olduğunu açıqlayıb:

“Bu gecə 1 saatdan çox telefonla danışmışıq. Könül xanım barışıq videomuza baxdıqdan sonra, mənə olan kininin qalmadığını söylədi. Məni “Instagram”da bloka atmışdı. Artıq qara siyahıdan da çıxardıb. Demək istəyirəm ki, Könül xanım həmin sözləri mənim haqqımda söyləməyib. Aramızı yenidən vurmayın”.

Xatırladaq ki, iki sənətçinin münasibətlərinin korlanmasına səbəb, Xatun Əliyevanın Könül Kərimovanı parodiya etməsi olub. Kərimova həmkarına dəfələrlə xəbərdarlıq etsə də, Xatun bunlara əhəmiyyət verməyib. Nəhayət, ötən ilin dekabr ayında Xatun canlı yayımda Kərimovadan üzr istəyərək onunla barışıb. Həmin barışıqdan bir müddət sonra K.Kərimovanın maqazin proqramlarının birində “onu bağışlamadım, bağışlamaram da” deməsi onların münasibətlərinin yaxşılaşdığına şübhə yaradıb.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm