Məşhur aktyor xərçəngdən öldü - FOTOLAR
Bizi izləyin

Magazin1

Məşhur aktyor xərçəngdən öldü - FOTOLAR

Britaniyalı aktyor Alan Rikman vəfat edib.

Publika.az xəbər verir ki, dünya şöhrətli aktyor 70 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.

Qeyd edək ki, Alan Rikman 50-dən çox filmdə rol alıb, bir neçə nəsil tamaşaçının sevimli aktyoru olub. Gənc nəsil onu “Harri Potter” filmindəki professor Severus Sneqq rolu ilə xatırlayır.

Rikman 1988-ci ildə “Çətin hədəf” filminin ekranlara çıxması ilə məşhurlaşıb. O, həmçinin, “Robin Qud: Oğruların şahzadəsi”, “Şüur və hisslər”, “Rasputin”, “Qar piroqu”, “Parfümer. Bir qatilin hekayəti” və bir çox başqa məşhur filmlərdə rol alıb.

Aktyor Venesiya Kino Festivalında iki mükafat qazanan “Qış qonağı” filmini çəkərək özünü rejissor kimi də sınayıb.

Rikman, eyni zamanda, “Qızıl qlobus”, “Emmi”, BAFTA mükafatlarının laureatı olub. O, “Rasputin” filmindəki roluna görə “Qızıl qlobus” və “Emmi” mükafatına, “Robin Qud: oğruların şahzadəsi” filminə görə isə “BAFTA” mükafatına layiq görülüb.

A.Rikman Britaniya və Brodvey teatrlarında da səhnə alıb. O, “Qış qonağı” adlı tamaşasını səhnəyə qoyub. Daha sonra həmin əsərə film çəkilib. 1997-ci ildə Venesiya Kinofestivalının 2 mükafatına layiq görülüb.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm