
Aşıq Samirənin keçmiş həyat yoldaşı ilə qoşa şəkilləri mətbuatın gündəminə bomba kimi düşdü. Bu, onların barışaraq yenidən bir araya gəlmələri barədə fikrin yaranmasına səbəb oldu.
İfaçı Publika.az-a açıqlamasında keçmiş həyat yoldaşı ilə düşmən münasibətində olmadığını bildirdi:
“Ramal İsrafilovun qızının doğum günündə keçmiş həyat yoldaşımla təsadüfən görüşdük. Amma münasibətlərimiz də pis deyil. Hətta dostuq. Biz iki mədəni insan kimi ayrılmışıq. Düşmən deyilik. Mən onun uşaqlarının anası, o da uşaqlarımın atasıdır. Qarşılıqlı hörməti qoruyub saxlamaq lazımdır. İndi münasibətlərimiz çox yaxşıdır. Yəqin ki, uzaqdan-uzağa münasibətlər şirin olur. Yenidən bir yerdə ola biləcəyimiz barədə isə hələlik heç nə deyə bilmərəm. Hər şeyi zaman göstərər”.
İsa Şükürov