Magazin1
Samir Cavadzadə: “O qədər açıq-saçıq geyinən qızlar...”
Samir Cavadzadə Nura Suriylə vətəndaş nikahında yaşaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Publika.az xəbər verir ki, müğənni Nura Suri ilə sadəcə yaxın dost olduğunu deyib. “Ər-arvad münasibətində deyilik, sadəcə dostuq. O, bizim ər-arvad olduğumuzu zarafatla demişdi. Nuranın belə bir zarafat edəcəyindən xəbərim yox idi. Xəbərləri oxuyanda təəccübləndim, amma bu hərəkətinə görə ondan qətiyyən incimədim. Sadəcə ona “Aləmi bir-birinə qatmısan” dedim. Bizim evli olduğumuz xəbəri hətta Rusiyaya da gedib çıxmışdı. Bu yaxınlarda Rusiyadan mənə bir neçə zəng gəldi və həyat yoldaşımla niyə ayrı-ayrı evlərdə yaşadığımızı soruşdular”.
Samir Cavadzadə həmkarı ilə ailə qurmaq istəmədiyini deyib: “Hazırda həyatımda heç kim yoxdur. Bundan narazı deyiləm. Subaylıq kişi üçün sultanlıqdır. Təklikdən hələ bezməmişəm, belə çox rahatam. Lakin sənətçi ilə ailə qurmaq istəməzdim”.
S.Cavadzadə həmçinin Səmra Rəhimlinin çıxışı haqqında fikirlərini də bizimlə bölüşüb: “Mahnı çox gözəl idi, diləyatımlı və yaddaqalan idi. Hamının xoşuna gəlmək mümkün deyil, amma bizim tamaşaçıların onun üstünə bu qədər getməsindən çox narazıyam. Hər dəfə yuxarı yerlərdə ola bilmərik, deməli, bu yerlə razılaşmağı öyrənməli və öyrəşməliyik. Öz təmsilçimizi bu qədər sərt tənqid etmək lazım deyil. Onun ətrafında böyük bir komanda var və Səmra Rəhimli heç bir qərarı özbaşına vermir. Onun geyimini də bu qədər müzakirə etmək və şişirtmək lazım deyildi. Əsl ulduz kostyumu idi. Şəhərə çıxsaq, ondan da açıq-saçıq geyinən o qədər qızlar görə bilərik... Biz özümüzünkünü tənqid etsək, onda başqa ölkələr də bizi bəyənməyəcək və bizə səs verməyəcək. Məsələn, Rusiya əvvəllər “Eurovision” yarışmasında heç vaxt yaxşı yerlər tutmurdu. Buna baxmayaraq, onlar öz iştirakçılarına həmişə dəstək olurdular”.
Aytən
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı