Aktyorla rejissorun davasına direktor da qoşuldu
Bizi izləyin

Magazin1

Aktyorla rejissorun davasına direktor da qoşuldu

Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Tariyel Qasımovla Əməkdar incəsənət xadimi Bəhram Osmanov arasında inciklik yaşandığını və hər iki şəxsin bu məsələ barədə fikirlərini diqqətinizə çatdırmışdıq.

Aktyorla rejissor arasındakı qalmaqala Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov da qarışıb.

Direktor Publika.az-a açıqlamasında Tariyel Qasımovla Bəhram Osmanov arasında qalmaqal yaşanmadığını deyib: “Tariyel Qasımovla Bəhram Osmanov arasında qalmaqal ola bilməz. Tariyel hardan bilir ki, qarşıda Bəhramın quruluş verəcəyi tamaşalarda oynamayacaq? Yeni mövsümdə teatrın repertuarına daxil olunan tamaşalarda yəqin ki, Tariyel Qasımov da rol alacaq. Qaldı ki, kiçik və böyük rollara, bu rejissorun səlahiyyətinə aid işdir. Rejissor aktyoru hansı rola uyğun görürsə, həmin rolu da ona təklif edir. Anlamıram Tariyel niyə belə açıqlama verib?”

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm