Azərbaycanda dördüncü quyudibi seysmoloji stansiya qurulur
Bizi izləyin

Nida Xəbər

Azərbaycanda dördüncü quyudibi seysmoloji stansiya qurulur

Şuşada seysmoloji stansiyanın qurulması ilə bağlı işlər başa çatıb. Orada abadlıq işləri və stansiyanın quraşdırılması işi qalıb".

Publika.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib: "Bu stansiya Türkiyənin AFAD qurumu tərəfindən bizə hədiyyə edilib. Azərbaycanda 4-cü quyudibi stansiya olacaq. 100 metr dərinliyində olacaq. Bütün azad edilmiş ərazilərdə kompleks tədqiqatlar aparacağıq. Əhali köçdükcə orada işlə təmin olunacaq".

O, qeyd edib ki, quyudibi stansiya Cəbrayılda tikilməlidir:

"Cəbrayılda sənədləşmə işləri aparılır. Sonra Füzulidə, Kəlbəcərdə, Xankəndində, Laçın, Qubadlı və bütün azad olunmuş torpaqlarımızda kompleks tədqiqat aparacağıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm