Magazin1
Şou-biznesimiz bunu da gördü: başı çalmalı kişi müğənimizin FOTOLARI
“Səs Azərbaycan” (“The Voice of Azerbaijan”) layihəsinin iştirakçısı olan “Mister Happy” ləqəbli gənc müğənni Səid İsmayılzadə ilk klipini təqdim edib.
Publika.az xəbər verir ki, klip sözləri və musiqisi müğənninin özünə aid olan “Nəfəs al” adlı mahnıya çəkilib.
Təqdimat mərasimində əməkdar artist, bəstəkar Vüqar Camalzadə və “Səs Azərbaycan” (“The Voice of Azerbaijan”) televiziya layihəsinin iştirakçıları da qatılıb.
Yaradıcılığında caz, etnik musiqiyə üstünlük verən müğənni təqdimat zamanı özünə “Mister Happy” ləqəbi götürməsindən və başındakı çalmadan da danışıb:
“İnsanların öz fikirləri, ətraf aləmlə, təbiətlə vəhdətdə olması çox önəmlidir. Mən də belə qərara gəldim ki, özümə məhz bu ləqəbi götürüm. Düşünürəm ki, bu imic mənim üçün yaxşı görüntüdür. Səhnə fərqlənməyi sevir. Mən həm ifamla, həm də imicimlə seçilməyə çalışacağam”.
Qeyd edək ki, “Mister Happy” bu günə kimi bir çox musiqi festivalında qalib olub.
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO