Vasif Məhərrəmlini ŞANTAJ ETDİLƏR: “Dedi ki, gəl…”
Bizi izləyin

Magazin1

Vasif Məhərrəmlini ŞANTAJ ETDİLƏR: “Dedi ki, gəl…”

Müğənni Şəbnəm Tovuzlunun reket jurnalistləri hədəfə alması həmkarı Vasif Məhərrəmlinin də ürəyincə olub.

Publika.az-a açıqlama verən V.Məhərrəmli həmkarının müdafiəsinə qalxıb: “Müğənniyə qarşı bu qədər şər, böhtan, qərəz olmaz. Bunun qarşısı hər hansı bir formada alınmalıdır. Baxırsan ki, saytlarda yazdıra bilmir, özlərinə profil açdırıb oradan söydürməyə başlayırlar. Özüm də dəfələrlə reket jurnalistikasının qurbanı olmuşam. Elə olub ki, “min” nəfər üstümə birdən tökülüb. Son bir ayda özüm də şər, böhtanın qurbanı olmuşam. Bir nəfər mənə yazdı ki, gəl qohumumun toyunda pulsuz oxu, sənə şər, böhtan atan adamın kimliyini deyəcəm”.

V.Məhərrəmli çıxış yolu da göstərdi: “Reket jurnalistikasının kökünü kəsmək çox çətindir. Amma müğənnilərdən bir-ikisi onları məhkəməyə verib, ifşa eləsələr, gözləri qorxar. Bir də sifarşlə kimlərisə şərləyib, pul qoparmağa çalışmazlar”.

Xatarladaq ki, Şəbnəm Tovuzlu reket jurnalistlər barədə belə açıqlama verib: “Azərbaycanda jurnalist adına ləkə olanlar az deyil. Zəng edib məndən pul istəyirlər. Bundan sonra reket jurnalistlərin barəmdə yazacaqlarına sakit reaksiya göstərməyəcəm. Qanuni şəkildə onları məhkəməyə verib, haqq etdikləri cəzanı almalarına çalışacam”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm