Magazin1
Kamran Həsənlinin bacısı aeroportda saxlanıldı
Müğənni Samir Piriyevdən külli-miqdarda pul alıb
qaytarmadığı üçün dələduzluqda ittiham edilən aparıcı Kamran
Həsənlinin bacısı Gülər Həsənli də istintaqa cəlb
edilib.
S.Piriyevin vəkili Ceyhun Yusifov bildirib ki, G.Həsənli Bakı
şəhər Baş Polis İdarəsində zərərçəkmişlərlə üzləşdirilib.
Samir Piriyev istintaqda Kamran Həsəli, Gülər Həsənli və özünün
keçmiş həyat yoldaşı Yeganə Mansurova ilə üzləşdirilib: “Üzləşmə
zamanı aydın olub ki, Kamran Həsənlinin Gülər Həsənli ilə əlbir
olaraq əvvəlcədən planlı şəkildə Samir Piriyevin 115 min dollarını
ələ keçirmək niyyətləri olub”.
Vəkil qeyd edib ki, G.Həsənli istintaqa ifadə verdikdən sonra
ölkəni tərk etmək istəyib: “O, Heydər Əliyev adına Hava Limanında
saxlanılıb və xəbərdarlıq edilib ki, ölkədən çıxışına qadağa
qoyulub. Cinayət işi başa çatana kimi G.Həsənli ölkəni tərk edə
bilməz.
Qeyd edək ki, Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini, onun bacısı Gülər Həsənlinin istintaqdan yayındığını bildirib. Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.(qafqazinfo)
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"