Tolik icra başçısına MEYDAN OXUDU: “Qələti siz...”
Bizi izləyin

Magazin1

Tolik icra başçısına MEYDAN OXUDU: “Qələti siz...”

Aprel döyüşlərində həlak olan şəhid Elvin Mirzəyevin qəbir daşının qoyulmasıyla bağlı xərcləri prodüser Tarix Əliyevin (Tolik) öz üzərinə götürməsi ilə bağlı xəbərə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin cavabı Toliki özündən çıxarıb.

Tolik yazını İnstaqram səhifəsində paylaşıb və qəzəbini belə ifadə edib: "Deməli, gərək mən nəsə yazaydım ki, icra başçısı dilə gələydi. Məni tanımasanız da olar, əsas olan odur ki, Azərbaycanda işimlə tanınan prodüserəm. İkincisinə də qalanda, vallah-billah mən sizdən çox xeyir iş görürəm. Bunu məcburən yazıram ki, sizə çatdırsınlar.

Əgər mən sizin vəzifədə olsaydım, indi elədiklərimdən min dəfə artığını edərdim. Elə də ki, qələti siz mənə yedizdirə bilməzsiniz. Sizi o vəzifəyə kef eləməyə yox, xalqa xidmət etməyə qoyub, bunu unutmayın. Allah məndən razı olsun, yazmasaydım, bəlkə də reaksiya verməyəcəkdiniz. Xahiş edirəm sizdən, Vətən uğrunda canından keçən şəhidlərimizin qəbir daşını düzəldin, mən də gəlim ziyarət edim”.

Qeyd edək ki, icra başçısı belə deyib: “Tolik qələt edib, başını da daşa döyüb. Mən özüm bu məsələni diqqətimdə saxlayıram. Bu gün hər şey həll olunacaq. Tolik bununla özünə reklam qazanmasın, ayıbdır. Əgər eləmək istəyirdisə, bunu səssiz-səmirsiz edərdi, daha reklam edə-edə yox. Çox iş adamları, xeyriyyəçilər var ki, şəhid ailələrinə yardım etmək istəyir. Amma heç kəs bunu Tolik formasında etmir”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm